SON DƏQİQƏ

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Zamana Ziyalı Baxışı" adlı fərdi yaradıcılıq sərgiləri keçirilib- FOTO\VİDEO

Tarix:12-12-2023, 09:02

19 noyabr 2023-ci il tarixində  Beynəlxalq Qalereyada layihə rəhbəri və təşkilatçısı Aygün Əzizovanın "Zamana Ziyalı Baxışı" adlı fərdi yaradıcılıq sərgiləri keçirildi.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri Afər Fəttahova, Elçin Mayılov, Leyli Səmədova, Afaq Səmədova, Sevda Daşdəmirova, Gülnarə Hüseynova və Səyyar Əliyevin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Zamana Ziyalı Baxışı" adlı fərdi yaradıcılıq sərgiləri  təşkil olundu. Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova rəssamların müxtəlif janrlarda çəkilmiş əsərlərinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə  əsl tövhə olduğunu bildirərək  gələcək fəaliyyətlərində uğurlar arzuladı. Daha sonra çıxış edən rəssamlar və qonaqlar bugünkü sərginin yetişməkdə olan gənc rəssamların dünya görüşlərində əvəzsiz rol oynadığını bildirərək davamlı olmasını arzuladılar. Rəssamlar eyni zamanda dəyərli xatirələrini iştirakçılarla bölüşdülər.
Sonda fərdi yaradıcılıq sərgilərinə görə Beynəlxalq Qalereya tərəfindən diplomlarla təltif olundular və xatirə fotoları çəkildi.
 
Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ