SON DƏQİQƏ

"Christmas Miracle" beynəlxalq sərgisinin iştirakçıları təltif olunub-FOTO\VİDEO

Tarix:12-12-2023, 09:38

Milad bayramı münasibətilə "World Art Club" tərəfindən onlayn formada keçirilmiş beynəlxalq sərgi yekunlaşıb. Azərbaycan, Türkiyə, İran, Hindistan, Fransa va Niderlandan olan rəssamların iştirakı ilə təşkil olunmuş virtual beynəlxalq sərgidə 100-ə yaxın rəsm əsəri nümayiş etdirilib. Azərbaycandan olan iştirakçıların təltif olunması məqsədilə "World Art Club"un ölkəmizdəki tərəfdaşı Beynəlxalq Qalereyanın ofisində tədbir keçirilib. Tədbirdə çıxış edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova azərbaycanlı rəssamların beynəlxalq sərgilərdəki uğurlarından söz açıb. Xaricdə təşkil edilən beynəlxalq sərgilərdə fiziki olaraq iştirak etməyin böyük maliyyə vəsaiti tələb etməsi səbəbindən hələlik onlayn sərgilərə önəm verdiklərini bildirdi.
Tədbirdə çıxış edən rəssamlar beynəlxalq sərgilərdə iştirakın əhəmiyyətini qeyd ediblər.

Onlayn keçirilsə də belə sərgilərin rəssamların xarici ölkələrdə tanınmasına və digər ölkələrdən olan rəssamlarla qarşılıqlı işgüzar əlaqələrin qurulmasına mühüm töhfə verdiyini vurğulayıblar. Tədbirin sonunda Beynəlxaq Qalereyanın direktoru Elnurə İsgəndərova onlayn sərginin iştirakçılarına "World Art Club" tərəfindən təltif olunduqları sertifikatları təqdim edib.

Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay 




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ