SON DƏQİQƏ

"Mən öz dünyamı yaradıram" adlı respublika rəsm müsabiqəsi başa çatıb- FOTO

Tarix:18-12-2023, 23:07

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi, "Gənclərin Respublika Bədii Yaradıcılıq Evi" publik hüquqi şəxsin təşkilatçılığı ilə bu ilin noyabr ayının 4-ü start götürən "Mən öz dünyamı yaradıram" adlı respublika rəsm müsabiqəsinə yekun vurulub.
Müsabiqə 2 yaş qrupunda (8-12,13-17) 2 mərhələ üzrə respublikamızın regionlarında və Bakı şəhərində fəaliyyət göstərən uşaq gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında keçirilib.

Müsabiqənin məqsədi uşaq və gənclərin öz duyğu və düşüncələrini tabloda əks etdirmək bacarıqlarını aşkar etmək, fərqli fikir və kreativ düşüncəli yaradıcılıq nümunələrini sərgiləmək, rəssamlıq qabiliyyətinə malik olan uşaq və gəncləri üzə çıxarmaq və asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olub.

Müsabiqədə 30 məktəbdənkənar təhsil müəssisəsi üzrə 111 dərnək üzvü öz rəsm əsərləri ilə iştirak edib. İştirakçılar rəsm əsərlərində düşüncələrini təsvir edərək yaradıcılıq nümunələri sərgiləyib.

14 dekabr 2023-cü il tarixində Münsiflər heyəti tərəfindən qiymətləndirmə məqsədilə uşaq və gənclərin təqdim etdiyi rəsmlərə baxış keçirilib.

Qeyd edək ki, seçim mərhələsində qaliblər Münsiflər heyəti Azərbaycan Rəssamlar İttifaqının üzvü, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, "Gənclərin Respublika Bədii Yaradıcılıq Evi" publik hüquqi şəxsin "Gənc tərtibatçı rəssamlar" dərnəyinin dərnək rəhbəri Sevda İsayeva tərəfindən müəyyənləşdirilib.

Tədbirdə iştirak edənlər: Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin direktoru Məhəmməd Novruzov, Bədii Yaradıcılıq şöbəsinin müdiri Sevda Quliyeva, Təlimati-metodiki şöbənin müdiri Leyla Nəsirova, Kütləvi işlərin təşkili şöbəsinin müdiri Kəmalə Muradlı.

Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ