SON DƏQİQƏ

Azərbaycan Milli Xalça Muzeyində "Xəttin şifrəsi" kitabının təqdimatı keçirilib

Tarix:23-12-2023, 01:16

Azərbaycan Milli Xalça Muzeyində "Xəttin şifrəsi" kitabının təqdimatı keçirilib
Dekabrın 20-də Azərbaycan Milli Xalça Muzeyində muzeyin Elmi- tədqiqat və milli irsin qorunub saxlanılması şöbəsinin aparıcı elmi işçisi, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn Hüseynovun müəllifi olduğu "Xəttin şifrəsi" kitabının I cildinin təqdimatı keçirilib.

Tədbirdə ictimai xadimlər, millət vəkilləri, elm, mədəniyyət və ədəbiyyat nümayəndələri iştirak ediblər. Qonaqlar çıxış edərək müəllifin uzun illər apardığı araşdırmalar əsasında ərsəyə gətirdiyi yeni nəşrin tariximizin, milli irsimizin öyrənilməsi baxımından əvəzsiz mənbə kimi əhəmiyyətindən danışıblar.

Monoqrafiyada xalçalarda "nöqtə" və "xətt" anlayışlarından, bu həndəsi elementlərin Azərbaycan və digər türkdilli xalqların mifoloji dünyagörüşünə təsirindən bəhs olunub. Burada xalçalarla yanaşı, digər dekorativ-tətbiqi sənət nümunələrini də bəzəyən nöqtə və xətlərin yaratdığı semantik mənalar açıqlanıb. Müəllif xətt anlayışına tarixi-fəlsəfi aspektdən yanaşaraq onların rəmzi xüsusiyyətlərini göstərib.

Qeyd edək ki, illüstrativ materiallarla zəngin olan yeni nəşr gələcək tədqiqatçılar üçün də dəyərli mənbə rolu oynayacaq.


В Азербайджанском национальном музее ковра состоялась презентация книги "Шифр линии"

20 декабря в Азербайджанском национальном музее ковра состоялась презентация первого тома книги "Шифр линии" ведущего научного сотрудника Отдела научных исследований и сохранения национального наследия АНМК, профессора Азербайджанской государственной академии художеств, заслуженного художника Мамедгусейна Гусейнова.

В мероприятии приняли участие общественные деятели, депутаты, представители науки, культуры и литературы. Гости выступили с речами, подчеркнув ценность нового издания, основанного на многолетних исследованиях в деле изучения нашей истории и национального наследия..

Монография содержит объяснения понятий "точка" и "линия", изображенных на коврах, и влияние этих геометрических элементов на мифологическое мировоззрение азербайджанцев и других тюркоязычных народов. В работе также отражены семантические значения точек и линий, украшающих другие образцы декоративно-

прикладного искусства. Автор раскрыл символические особенности линий в историко-философском аспекте.

Новое издание, богато иллюстрированное, призвано стать Пенным источником для дущих исследователей.


The Azerbaijan National Carpet Museum held the presentation of the book Code of the Line

On December 20", the Azerbaijan National Carpet Museum held the presentation of the first volume of the book Code of the Line by Mammadhuseyn Huseynov, the leading scientific researcher at the Scientific Research and National Heritage Preservation Department of ANCM, Professor of the Azerbaijan State Academy of Fine Arts, Honoured Artist. Public figures, deputies, representatives of science, culture and literature participated at the event and delivered their speeches on the importance of the new publication based on the long years of research. They also marked that the publication is an irreplaceable source for research on our history and national heritage.

The monograph contains explanations of dots and lines depicted on carpets and the impact these geometrical elements made on the mythological perception of the world by the Azerbaijani nation in particular and Turkic peoples in general. The book also unveils the semantic meanings of the dots and lines depicted on the decorative and applied art samples. The author showed the symbolic features of the lines from the historical and philosophical point of view.

It should be noted that this edition, rich with illustrative materials, will be an important source for future researchers.

Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ