SON DƏQİQƏ

"Zamana qalib gələn milli irsimiz" sərgisi- FOTOLAR

Tarix:27-01-2024, 16:14

"Zamana qalib gələn milli irsimiz" sərgisi
Yanvarın 12-də Azərbaycan Milli Xalça Muzeyində "Zamana qalib gələn milli irsimiz" adlı sərgi açılıb. Burada 2022-2023-cü illər ərzində muzeyin Xalça və dekorativ-tətbiqi sənət üzrə konservasiya, bərpa və profilaktik nəzarət şöbəsində konservasiya olunmuş 30-dək eksponat təqdim edilir. Onlara XVII-XX əsrlərə, həmçinin müasir dövrə aid nadir xalçalar, nəfis xalça məmulatları, zərif tikmələr, milli geyim və qiymətli zərgərlik nümunələri, bədii metal və saxsı qablar aiddir. Təqdim olunan əsərlər üzərində muzeyin peşəkar konservatorları, bərpaçı-rəssamları çalışaraq onlara ikinci həyat bəxş ediblər.

Azərbaycan Milli Xalça Muzeyi ölkəmizdə xalça və digər dekorativ- tətbiqi sənət nümunələrinin konservasiya edilərək qorunması sahəsində nüfuzlu elmi mərkəzə çevrilib. Burada son illər milli mədəni irsimizi gələcək nəsillərə ötürmək məqsədilə yüzlərlə eksponat konservasiya olunub. Bunların əksər hissəsi muzeyin, bir qismi onun Şuşa filialının ekspozisiyasında, digər eksponatlar isə vaxtaşırı müxtəlif sərgilərdə nümayiş etdirilir.

Qeyd edək ki, "Zamana qalib gələn milli irsimiz" sərgisi çərçivəsində yanvarın 13-də, saat 16:00-da tekstil konservasiyası üzrə ustad dərsi də keçiriləcək.

Sərgi yanvarın 21-dək davam edəcək.


Выставка «Достояние, неподвластное времени»

12 января в Азербайджанском национальном музее ковра открылась выставка «Достояние, неподвластное времени». На выставке представлено до 30 экспонатов, прошедших консервацию в Отделе консервации, реставрации и профилактического контроля ковров и образцов декоративно-прикладного искусства АНМК за 2022-2023 гг. Это редкие ковры, изящные ковровые изделия, элегантная вышивка, национальные костюмы, образцы ценных ювелирных изделий, художественного металла и керамическая посуда ХVІІ-ХХ вв., а также современные экспонаты. Эти экспонаты обрели вторую жизнь благодаря совместному труду профессиональных консерваторов и художников-реставраторов музея.

АНМК стал влиятельным научным центром страны в сфере

консервации и хранения ковров и других образцов декоративно- прикладного искусства. В последние годы, с целью передачи национально-культурного наследия следующим поколениям, музеем была проведена консервация сотен экспонатов. Большая их часть представлена в АНМК, некоторые экспонаты демонстрируются в Шушинском филиале АНМК, остальные экспонируются на различных выставках.

В рамках выставки 13 января в 16:00 также состоится мастер- класс по консервации текстиля. Выставка продлится до 21 января.


Exhibition Everlasting National Heritage

On January 12, the Azerbaijan National Carpet Museum presented The exhibition Everlasting National Heritage, displaying up to 30 rare carpets, carpet products, embroidery, national costumes and precious jewellery, artistic metal and ceramic utensil samples of the 17th 20th centuries, as well as the modern ones, conserved between 2022 and 2023 at the Conservation, Restoration and Prophylactic Control on Carpet and Decorative-Applied Art Department of ANCM. The presented artworks have

been given the second breath in virtue of the extensive efforts of the professional conservators of the museum. The Azerbaijan National Carpet Museum has become an influential

scientific centre of the country in the field of conservation of carpets and other decorative and applied art representatives. Throughout the years, the museum has been carrying out the conservation of hundreds of exhibits to pass our national and cultural heritage to the following generations. Majority of these exhibits are on display at the Azerbaijan National Carpet Museum, others-at its Shusha Branch, and the rest are showcased at various exhibitions.

The master-class on textile conservation to be held on January 13,

Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay



FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ