SON DƏQİQƏ

Milli dəyərlərimizə, mədəniyyətimizə, toxunmayın- VİDEO

Tarix:28-01-2024, 21:14

"Çıxış Yolu" verilişində qalmaqallı anlar yaşanıb. 
XeberTıme.az  YeniProqnoz.az-a istinadən bildirir ki, gənc ifaçı Atəm Həsənli ilə verilişin ekspert qrupu arasında gənc ifaçının xalq mahnısına hörmətsizlik etməsi üstündə mübahisə düşüb. Belə ki, Azərbaycanın qədim mahnılarından biri olan “Ay bəri bax, bəri bax”ın sözlərini  “Pəncərədən daş gəlir, Deh Du Deh” sözləri ilə əvəz edərək oxuyan ifaçıya ekspertlər sərt cavab verib. İfaçı isə özünü haqlı çıxararaq belə cavab verib: "Müstəqil ölkədə yaşayırıq, azad fikir var. sözləri dəyişmək olar, o yana da keçmək olar. Mən ay bəri bax demirəm, Deh Du Deh deyirəm. Xalq musiqisini dəyişmək üçün də heç kimdən səlahiyyət almıram”- deyib.
İfaçının cavabı isə birmənalı qarşılanmayıb. İzləyicilər ifaçının sözlərinə hiddətlənərək bildirib ki, xalq mahnılarımızı bu cür ifa etmək, hörmətsizlik etmək qəti yolverilməzdir.




Bizim milli mədəniyyətimizə toxunulmamalıdır. Musiqilərimiz, adət - ənənələrimiz dəyişdirilməməlidir. Bizim Milli dəyərlərimizə özümuz qiymət verməsək, " qonşulardan" gozləyəcəyimiz nə olduğunu bilirsiniz. Onlar da musiqilərimizi oğurlayıb "özününküləşdirirlər".

Mədəniyyət nazirliyi tərəfindən belə məsələlərə qəti şəkildə fikir bildirilməlidir. Necə ki, "Qoruq" var "qırmızı kitaba" düsür ceyran, maral. Xalq musiqilərimizi də belə bir cərimələnək qərarı çıxardılsın. Azərbaycanın Vitse Prezidenti Mehriban xanım Əliyeva, illərlə Xalq mahnılarımızı, muğamlarımızı dünyaya tanıdıb. Milli mənəviyyatlarımızı qoruyub saxlamaqdadır.

XeberTıme.az” Atəm Həsənlinin  “Deh Du Deh” mahnisini sizə təqdim edir. 






XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ