SON DƏQİQƏ

Daha bir şəhid haqqında sənədli film çəkilir- FOTOLAR

Tarix:30-01-2024, 18:19

44 günlük Vətən müharibəsinin qəhrəmanlarından biri "Azərbaycan bayrağı" ordenli Quliyev Aqşin Dilavər oğlunun xatirəsinə ithaf olunmuş sənədli film çəkilir. 
Bu barədə"Xebertime.az"-a  filmin müəllifi Günel Əliqızı məlumat verib. Onun sözlərinə görə, sənədli film şəhidin döyüş yolundan, uşaqlıq xatirələrindən, arzularından bəhs edir: "Filmin xronometrajı 35 dəqiqədir. Filmin çəkilişləri yekunlaşıb, hazırda üzərində montaj işləri aparılır. Filmin təqdimatının yaxın günlərdə şəhidin doğulduğu Sabirabad rayonunda keçirilməsi nəzərdə tutulub. Ssenari müəllifi özüməm, rejissoru Ramil Bağırov, operatoru Elçin Şükürov, prodüseri isə Mədinə Əliyevadır" 

XeberTıme.az  

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ