28 yanvar 2024-ci il tarixində Beynəlxalq Qalereyada layihə rəhbəri və təşkilatçısı Aygün Əzizovanın olduğu Azərbaycan Rəssamlar İttifaqının üzvü, ADPU-nun baş müəllimi, "Tərəqqi" medallı rəssam Səmayə Rzayeva, Azərbaycan Rəssamlar İttifaqının üzvü, 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin Təsviri Sənət Qalereyasının rəngkarlıq-qrafika dərnəyinin rəhbəri və müəllimi, rəssam Elanura Mənsimova, musiqişünas-pedaqoq, Milli Konservatoriyanın nəzdində Musiqi Kollecinin müəllimi, Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam Rəna Paşayeva, ABC School və English for Kids tədris mərkəzlərinin müəllimi, rəssam Arzu Məmişova, Telman Abbasov adına 225 nömrəli tam orta məktəbin şagirdi, rəssam Mədinə Həbib, Sabunçu rayon 28 nömrəli məktəbin 7 sinif şagirdi, rəssam Ağayeva Şəfa və Milli Konservatoriyanın tərkibində İncəsənət Gimnaziyasının 2-ci sinif şagirdi rəssam Ağalarova Fatimənin "Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində "Rəssam Və Təbiət" adlı fərdi yaradıcılıq sərgiləri keçirildi. Sərgidə rəssamlığın müxtəlif texnikalarında və janrlarında işlənmiş ecazkar rəsm əsərləri sərgilənirdi.
Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova başda Ali Baş Komandan İlham Əliyev olmaqla bütün Silahlı Qüvvələrimizin əməkdaşlarına, qazilərimizə can sağlığı arzulayıb, torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sərginin müxtəlif yaş qruplarında olan rəssamların gözəl bir təşəbbüs ətrafında birləşib həyata keçirdiklərini bildirdi. Fərdi yaradıcılıq sərgisi olan rəssamlara uğurlar arzuladı. Sözü səbəbkar rəssamlara verdi. Rəssamlar da öz növbələrində sərgiyə həvəslə hazırlaşdıqlarını və xüsusilə sərgini operativ şəkildə hazırladığına görə layihə rəhbəri və təşkilatçı Aygün Əzizovaya təşəkkürlərini bildirdilər. Sərgi tamaşaçılar tərəfindən maraqla qarşılandı.
“Rəssam və Təbiət” adlı fərdi yaradıcılıq sərgilərinin video rolikini sizə təqdim edirik.
Sonda rəssam tortu kəsilib və xatirə fotoları çəkildi.
Xebertıme.az
Xüsusi müxbir: Aygün Oqtay
Fotoqraf: Camal