ДОМ МОДА АРТ, World Art Club və International Gallery -nin birgə layihəsi olan “Qış nağılı” adlı onlayn sərgi yekunlaşıb. Onlayn sərgidə Argentina, ABŞ, Azərbaycan, Puerto Riko, Hindistan, Türkiyə və Omandan olan rəssamlar iştirak edib. Sərginin Azərbaycandan olan iştirakçılarına təltif olunduqları sertifikatarın təqdim edilməsi məqsədilə International Gallery -nin ofisində tədbir keçirilib. Tədbiri açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova hər bir iştirakçıya təşəkkür edib, onlara gələcək yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb. Birgə əməkdaşlığa görə ДОМ МОДА АРТ və World Art Club-a minnətdarlığını bildirərək bu formatda tədbirlərin rəssamlar arasında beynəlxalq səviyyəli əməkdaşlığın inkişafına müsbət təsir göstərdiyini ifadə edib. Elnurə İsgəndərova belə birgə layihələrin gələcəkdə də reallaşdırılacağını bildirib. Tədbirdə iştirak edən rəssamlar beynəlxalq səviyyəli sərgilərdə iştiraka şərait yaratdığına görə Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya və tərəfdaşlara təşəkkürlərini bildiriblər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.
Müxbir : Aygün Oqtay
Fotoqraf: Camal