Azərbaycan Milli Xalça Muzeyində "Açıq qapı" aksiyası və əlilliyi olan gənclərin əl işlərindən ibarət "Sərhədsiz sənətkarlar" adlı sərgi-yarmarka keçirilib.
2 fevral Gənclər Gününə həsr edilən tədbirlər Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Xalça Muzeyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Uşaq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.
Gənclərin asudə vaxtının səmərəli təşkili, onların ölkəmizin zəngin mədəni irsi ilə muzeylər vasitəsilə yaxından tanış olması məqsədilə keçirilən “Açıq qapı" aksiyası 14-29 yaşlı şəxsləri əhatə edib.
Sərgi-yarmarkada Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin yetirmələrinin 9 istiqamət üzrə (xalçaçılıq, bədii tikmə, xovlu toxuma, muncuqlarla toxuculuq, bədii oyma, dərzilik, rəssamlıq, vitraj boya, duluşçuluq) əl işlərinin nümayişi və satışı təşkil edilib. Əlilliyi olan gənclərin istedad və bacarıqlarının təbliği, dəstəklənməsi, həmçinin onların cəmiyyətə inteqrasiyası məqsədi daşıyan sərgi-yarmarkada ümumilikdə 20 müəllifin əl işləri yer alıb.
Tədbir çərçivəsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllim və tələbələri konsert proqramı ilə çıxış ediblər.
Азербайджанский национальный музей ковра отметил День азербайджанской молодежи
В Азербайджанском национальном музее ковра прошла акция «День открытых дверей» и выставка-ярмарка «Мастера без границ», на которой были представлены работы молодежи с ограниченными возможностями.
Серия мероприятий, посвященная 2 февраля Дню азербайджанской молодежи, организована Министерством культуры Азербайджанской Республики, Азербайджанским национальным музеем ковра, Агентством социальных услуг при Министерстве труда и социальной защиты населения Азербайджанской Республики и Центром детского развития.
Акция «День открытых дверей», реализуемая с целью полезного проведения досуга молодежи и ее знакомства с богатым культурным наследием страны посредством музеев, рассчитана на граждан Азербайджана в возрасте от 14 до 29 лет.
На выставке-ярмарке были реализованы работы художников Профессионально-трудового реабилитационного центра для людей с
инвалидностью при Агентстве социальных услуг. Цель мероприятия привлечение внимания общественности к талантливой молодежи с ограниченными возможностями, их социальной защите и интеграции в общество.
В рамках мероприятия был также проведен концерт в исполнении учителей и студентов Гуманитарного колледжа при Азербайджанском государственном университете культуры искусств.
ANCM Held the Azerbaijani Youth Day
The Azerbaijan National Carpet Museum held the Open Day and exhibition-fair Artists Without Borders displaying handmade items made by young men with disabilities.
The series of events dedicated to the Azerbaijani Youth Day, celebrated on
February 2, were organised jointly by the Ministry of Culture of the Republic of Azerbaijan, the Azerbaijan National Carpet Museum, the Social Services Agency under the Ministry of Labour and Social Protection of the Population and the Child Development Centre.
The Open Day, intended to make effective leisure time for youth and familiarise them with the country's rich cultural heritage through museums, covered the Azerbaijani citizens aged 14-29. Artworks representing different fields of the applied art made by 20 artists
members of the Profession-Labour Rehabilitation Centre for Persons with Disabilities of the Social Services Agency, were presented and sold at the exhibition-fair. The exhibition-fair aiming to promote, support and bring social attention to the talent and skills of young men and integrate them into society.
The event also included a concert by the teachers and students of the Humanitarian College of the Azerbaijan State University of Culture and Arts.
Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay