SON DƏQİQƏ

"Xocalı: Şahidlər danışır" kitabı daha bir dilində dərc edildi

Tarix:23-02-2024, 01:18

Xocalı soyqırımının 32-ci ildönümü ərəfəsində "Xocalı: Şahidlər danışır" kitabı Urdu dilində nəşr edilib. 
Bu barədə kitabın müəllifi, yazıçı-publisist, tarix elmləri üzrə fəlsəfə doktoru İradə Əlili facebook  hesabında paylaşım edib:
"Azərbaycan həqiqətlərinin tanıdılmasında hər bir  azərbaycanlı fəal olmalıdır. Dünyaya həqiqətlərimizi  tanıtmaq,  haqlı olduğumuzu  göstərmək,  doğru olanı anlatmalıyıq. O cümlədən, Xocalı soyqırımı bəşəriyyətin ən ağır  vəhşətidir".
Müəllifin Xocalı soyqrımı haqqında 2018-ci ildə yazdığı "Xocalı: Şahidlər danışır" kitabı 11 dildə ( Azərbaycan, rus, ingilis, türk alman, ispan, italyan, fransız ərəb, fin, holland dilllərində) tərcümə edilərək dərc edilib.
 
Kitabda 26 fevral o qanlı gecənin şahidlərinin xatirələri və xocalı gənclərinin fikirləri yer alıb.

Qeyd edək ki, kitabın öz sözünü keçmiş ombudsman,  professor Elmira Süleymanova, redaktoru  şairə-publisist, prezident təqaüdçüsü Azadə Novruzovadır. 
Kitab Urdu dilinə 12-ci dilə tərcümə edilib. Urdu dilinə tərcümə edən isə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının baş müəllimi, dissertantı Amalya Paşayevadır. Urdu dili Pakistan İslam Respublikasının rəsmi iki dövlət dilindən biridir.

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ