SON DƏQİQƏ

Azərbaycan Milli Xalça Muzeyində “Martişor” bahar bayramı ənənələri- FOTO

Tarix:11-03-2024, 22:47

Azərbaycan Milli Xalça Muzeyində “Martişor” bahar bayramı ənənələri
Azərbaycan Milli Xalça Muzeyində Rumıniya və Moldova respublikalarının qədim tarixə malik milli Bahar Günü – Martişor bayramı qeyd edilib.
Tədbirdə muzeyin direktoru vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova, Moldovanın Azərbaycandakı səfiri Aleksandr Yesaulenko, Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare çıxış edərək baharı müjdələyən Martişor bayramı haqqında qonaqlara məlumat veriblər. Onlar oxşar adət-ənənələrə malik Martişor və Novruz bayramlarının ölkələrimizə uğur, səadət, sevinc gətirəcəyinə inandıqlarını bildiriblər. Səfirlər Martişor bayramının xalqların növbəti illə bağlı ümidlərini əks etdirdiyini, onun minilliklər boyu böyük həvəs və sevgi ilə qeyd olunduğunu vurğulayıblar. Rumıniya səfirliyinin nümayəndəsi Nikoletta Zagura isə Martişor bayramı ilə bağlı ənənələr, onun simvolları Novruzla oxşar tərəfləri haqqında ətraflı danışıb. 
Azərbaycan Milli Xalça Muzeyi, Rumıniya və Moldovanın Azərbaycandakı səfirliklərinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə “Röya” rəqs qrupunun ifasında Moldova milli rəqsi nümayiş etdirilib. Burada Martişor bayramının əsas simvolu sayılan qırmızı və ağ iplərdən qotazların, həmçinin Novruz bayramını simvolizə edən “Buta” suvenir xalçasının hazırlanması üzrə ustad dərsləri, interaktiv nağıl saatı keçirilib. 
Sonda bayram iştirakçıları üçün muzeyə ekskursiya təşkil olunub.

Традиция праздника весны «Мэрцишор» в Азербайджанском национальном музее ковра

В Азербайджанском национальном музее ковра состоялось празднование древнего традиционного румынского и молдавского праздника весны «Мэрцишор».
На мероприятии выступили Мира Маммадханова, временно исполняющая обязанности директора музея, посол Республики Молдова в Азербайджане Александр Есауленко и посол Румынии в Азербайджане Василе Соаре. Сотрудник посольства Румынии, эксперт ЮНЕСКО Николетта Загура подробно рассказала о традициях этого праздника, и его схожести с праздником Новруз.
В рамках мероприятия, организованного Азербайджанским национальным музеем ковра совместно с посольствами республик Румынии и Молдовы, были представлены молдавский национальный танец, мастер-классы по изготовлению сувенирных ковриков «Буталы» и бутоньерок в виде цветочков из ниток красного и белого цвета, а также экскурсия по экспозиции музея.

Tradition of the Spring Festival Mărţişor at the Azerbaijan National Carpet Museum

The Azerbaijan National Carpet Museum hosted a celebration of the ancient traditional Romanian and Moldovan spring festival Mărţişor.
Ph.D. Mira Mammadkhanova, Acting Director of the Museum, Ambassador of the Republic of Moldova to Azerbaijan Alexandr Esaulenco and Ambassador of Romania to Azerbaijan Vasile Soare spoke at the event. A spokesperson of the Romanian Embassy, UNESCO expert Nicoletta Zagura spoke in detail about the traditions of this holiday and its similarity with the Novruz.
Within the framework of the event, organized by the Azerbaijan National Carpet Museum jointly with the embassies of the republics of Romania and Moldova, a Moldovan national dance, master classes on making souvenir rugs Butali and boutonnieres in the form of flowers made of red and white threads, as well as a tour of the museum’s exposition were presented.


Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay 
   


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ