Azərbaycan Milli Xalça Muzeyində rəssam Lalə Hüseynovanın “Toxunuş” sərgisi açılıb
Martın 6-da Azərbaycan Milli Xalça Muzeyində rəssam Lalə Hüseynovanın “Toxunuş” adlı fərdi sərgisi açılıb. Tədbirdə Azərbaycan Milli Xalça Muzeyinin direktoru vəzifəsini müvəqqəti icra edən Mira Məmmədxanova, Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Xalq rəssamı, professor Ağəli İbrahimov, Azərbaycan Rəssamlar İttifaqının Dekorativ-tətbiqi sənət bölməsinin rəhbəri, Xalq rəssamı Aydın Rəcəbov, Xalq rəssamı Arif Hüseynov çıxış edərək gənc rəssamın yaradıcılığından danışıb, ona daha böyük uğurlar arzulayıblar.
Qeyd edək ki, sərgidə rəssamın böyük ilhamla yaratdığı, tamaşaçıları sirli-sehrli incəsənət aləminə səyahət etdirən 40-dan artıq əsəri nümayiş olunur. Onlar ənənəvi xalça sənətini müasir incəsənət növləri ilə birləşdirərək, milli irsimizi keçmişdən gələcəyə daşıyan özünəməxsus nümunələrdir. Burada müəllifin şəxsi kolleksiyasından qrafik əsərləri, Nihal Atsızın “Bozqurdların ölümü” kitabına çəkdiyi illüstrasiyaları, həmçinin Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasından nadir xalçalar yer alır.
“Toxunuş” sərgisi təbiətlə insanın minilliklər boyu davam edən ünsiyyətinin, möhtəşəm vəhdətinin sənət dili ilə ifadəsidir. Buradakı əsərlər 4 təbiət ünsürünün – su, od, hava və torpağın daxili monoloqunun, o cümlədən müəllifin sərhədsiz yaradıcılıq dünyasının, zəngin təxəyyülünün, duyğu və düşüncələrinin mücərrəd şəkildə təqdimatıdır. İnsanın ətraf mühitlə sıx qarşılıqlı əlaqəsini göstərən kompozisiyaların əsas ilham mənbəyi isə mədəni, tarixi cəhətdən dərin fəlsəfi məna daşıyan xalça motivləridir.
Sərgi martın 12-dək davam edəcək.
Exhibition The Touch, by the artist Lala Huseynova is open at the Azerbaijan National Carpet Museum
On March 6, solo exhibition The Touch by the artist Lala Huseynova opened at the Azerbaijan National Carpet Museum. The unique works are created with great inspiration and carry our national heritage from the past to the future, combining traditional carpet art with the modern forms of art, take the viewer on a journey to the mysterious world. Graphic works from the artist’s personal collection, Nihal Atsiz’s illustrations for the book Death of the Gray Wolves, as well as the rare carpets from the collection of the Azerbaijan National Carpet Museum are included in the exhibition.
The exhibition The Touch is an artistic expression of the millennia-long connection between nature and man, its magnificent unity and integrity. These artworks are an abstract presentation of the inner monologue of the four elements of nature – water, fire, air and earth, as well as the author’s limitless creative world, rich imagination, feelings and thoughts. The main source of inspiration for the compositions, which show the close interaction of a human with the environment are carpet motifs that have a deep philosophical meaning culturally and historically.
The exhibition will be on until March 12.
Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay