SON DƏQİQƏ

“Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi

Tarix:15-03-2024, 00:07

“Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisi
Martın 15-də Azərbaycan Milli Xalça Muzeyində “Türk xalqlarının geyim və zərgərlik mədəniyyəti” sərgisinin açılışı olacaq. 
Novruza və bu bayramın UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına salınmasının 15-ci ildönümünə həsr olunan sərgi Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Ekspozisiyada Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Özbəkistan, Türkiyə və Türkmənistana aid ənənəvi qadın geyimləri, həmçinin zərgərlik əşyaları nümayiş etdiriləcək. Bu sənət nümunələri təyinatına, üzərindəki naxışlara, hazırlandığı materiala və s. əsasən tamaşaçılarda türk xalqlarının özünəməxsus milli xüsusiyyətləri, adət-ənənələri, məskunlaşdıqları ərazinin təbii-coğrafi şəraiti, düşüncə və həyat tərzi barədə zəngin təəssürat yaradacaq. 
Təqdim olunan eksponatlar Azərbaycan Milli Xalça Muzeyinin, Türk Mədəniyyəti və İrsi Fondunun kolleksiyalarından, Macarıstan Xalq Sənətkarları Assosiasiyası və şəxsi kolleksioner Virciniya Morgan-Hayata aiddir.
Qeyd edək ki, 31 mart tarixinədək davam edən sərgi çərçivəsində ustad dərsi və mühazirə keçiriləcək.


Выставка «Культура одежды и ювелирного искусства тюркских народов»

15 марта в Азербайджанском национальном музее ковра состоится открытие выставки « Культура одежды и ювелирного искусства тюркских народов».
Выставка, посвященная празднику Новруз и 15-летию его включения в Репрезентативный список нематериального культурного наследия человечества ЮНЕСКО, будет организована совместно Фондом тюркской культуры и наследия, Министерством культуры Азербайджанской Республики и Азербайджанским национальным музеем ковра.
На выставке будут представлены традиционные женские костюмы и ювелирные украшения Азербайджана, Казахстана, Кыргызстана, Венгрии, Узбекистана, Турции и Туркменистана. Узоры, материал из которого изготовлены эти художественные образцы, их орнаментика создадут у зрителей богатое впечатление об уникальных национальных особенностях, традициях, природных и географических условиях местности, где они проживают, мышлении и образе жизни тюркских народов.
На выставке представлены экспонаты из коллекций Азербайджанского национального музея ковра, Фонда тюркской культуры и наследия, Ассоциации венгерских народных ремесленников и частного коллекционера Вирджинии Морган-Хаят. 
Отметим, что в рамках выставки, которая продлится до 31 марта, будут проведены мастер-класс и лекция.

Exhibition Clothing and Jewellery Culture of the Turkic Peoples

On March 15, the Azerbaijan National Carpet Museum will hold the opening ceremony of the exhibition Clothing and Jewellery Culture of the Turkic Peoples. 
The exhibition dedicated to the 15th anniversary of inscription of Novruz Festival in the UNESCO Representative List of the Intangible Cultural Heritage of Humanity is organized jointly by the Turkic Culture and Heritage Foundation, Ministry of Culture of the Republic of Azerbaijan and the Azerbaijan National Carpet Museum.
The exposition will showcase the traditional women’s costumes and jewellery items of Azerbaijan, Kazakhstan, Kyrgyzstan, Hungary, Uzbekistan, Turkiye and Turkmenistan. The patterns and material of these artworks aim to create a rich perception of the unique national features, customs and traditions, natural and geographical conditions of the habitat of the Turkic peoples, their mindset and lifestyle.
The presented exhibits are preserved in the collections of the Azerbaijan National Carpet Museum, Turkic Culture and Heritage Foundation, Association of Hungarian Folk Artists and private collector Virginija Morgan-Hayat’s.
The exhibition is on until March 31 and includes a master-class and a lecture.


Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ