SON DƏQİQƏ

Əməkdar artist vəfat etdi

Tarix:28-03-2024, 20:22

Tanınmış teatr və kino aktyoru, Azərbaycan Respublikasının Əməkdar artisti Rahib Əliyev vəfat edib.
XeberTıme.az  xəbər verir ki, bu barədə mərhumun sənət yoldaşları bildiriblər.

Rahib Əliyev Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru idi.

Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1965-ci ildə M.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram-kino aktyorluğu fakültəsinə daxil olub, 1969-cu ildə oranı bitirib. Hələ institutda oxuyarkən 1967-ci ildə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına dəvət olunab R.Əliyev həmin vaxtdan bu günə kimi fasiləsiz olaraq bu sənət ocağında çalışıb.

Gənc Tamaşaçılar Teatrının səhnəsində 70-dən artıq obraz yaradıb.  Bundan başqa o, 20-dək filmdə müxtəlif rollar oynayıb.
Azərbaycan teatr sənətinin inkişafında xidmətlərinə görə 2006-cı ildə "Əməkdar artist" fəxri adına, sonralar dəfələrlə Prezident mükafatına layiq görülüb. 2015-ci ildə Rahib Əliyevin Gənc Tamaşaçılar Teatrında 70 illik yubileyi qeyd edilib.

Allah rəhmət eləsin.

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ