SON DƏQİQƏ

Gənc yazıçının “Zəfərin Təntənəsi” adlı kitabının təqdimatı keçirilib- FOTO

Tarix:5-04-2024, 00:36

YAP-ın Nərimanov rayon təşkilatında  Azərbaycan Respublikası “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin təşkilatçılığı və dəstəyilə yazıçı-publisist Pərvanə Mehmanqızının “Zəfərin Təntənəsi” adlı kitabının təqdimatı keçirildi.
Tədbir Azərbaycan Dövlət himninin səslənməsi ilə açıq elan olundu, ərazi bütövlüyümüz uğrunda şəhadətə ucalan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik ehtiramla yad olundu.            
Ön sözlə çıxış edən AJB-nin və AYB-nin üzvü, yazıçı-publisist, Pərvanə Mehmanqızı qonaqları salamladı. Yeni nəşr olunan “Zəfərin Təntənəsi” adlı kitabının ərsəyə gəlməsindən danışdı, yazdığı bir neçə şeiri söylədi.                                       

Tədbirdə şəhid ailəsinin üzvüləri, Milli Qəhrəmanlar və onların ailə üzvüləri, qazi və müharibə iştirakçıları media nümayəndələri, ictimayyət nümayəndələri və dövlət qulluqçuları iştirak edirdi.  Tədbirdə iştirak edən millət vəkili Vüqar İsgəndərov, “Sahibkar Qadınlar” İctimai Birliyinin sədri Zenfira Ağayeva, YAP-ın Nərimanov rayon təşkilatının sədr müavini Anar Abbasov, şəhid ailə üzvüləri, Qarabağ qaziləri, bir sıra media  nümayəndələri, “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin Nərimanov rayon üzrə sədr müavini, Qarabağ qazisi Ədhəm Məmmədov xalqımızın qalibiyyət tarixindən, Zəfər qazanmasından, 44 gün Vətən müharibəsində Dəmir Yumruq ətrafında sıx birləşərək birlik nümayış göstərməsindən söhbət açdılar. Gənc yazar Pərvanə Mehmanqızının “Zəfərin Təntənəsi” adlı kitabının böyük əhəmiyyətindən, bu günki və gələcək nəslin maariflənməsində xüsusi rolu olmasından danışıldı. Natıqlər və qonaqlar Pərvanə xanımı təbrik etdilər, bu cür kitabların davamlı olaraq işıq üzü görməsini arzuladılar. Tədbirdə ifa edilən vətənpərlik mahnıları və şeirlər tədbirə daha da rəngarənglik qatdı.                                                          
“XeberTıme.az” sayıtının bütün əməkdaşları adından daima şəhid, qazi və müharibə iştirakçılarının keçdiyi  şərəfli döyüş  yolunu öz qələmində ictimayyətə tanıdan yazıçı-publisist, AYB-nin, AJB-nin üzvü Pərvanə Mehmanqızı Fəxri Fərmanla təltif olundu. 
 Xatırladaq ki, kitabın redaktoru şair, filologiya elmləri doktoru Oktay Sarıcalıdır.
“Zəfərin Təntənəsi” adlı kitab 44 günə həsr olunmuş Zəfər müharibəsindən, Ali Baş Komandan İlham Əliyevin xalqa müraciətindən, həmrəyliyimizdən, eləcədə “Dəmir Yumruq” birliyindən bəhs edir. 


Bizdə “XeberTıme.az” Analitik İnformasiya Portalı olaraq Pərvanə xanımı ürəkdən təbrik edərək ona uzun ömür, can sağlığı, məsul iş fəaliyyətində bol-bol uğurlar arzulayırıq. 
 
Yeganə Telmanqızı                                   
XeberTıme.az 




FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ