SON DƏQİQƏ

“Yaşıl Dünya” – onlayn sərgi yekunlaşdı- FOTOLAR

Tarix:16-04-2024, 12:17

İyilik üretenler dərnəyi, World Art Club və International Gallery -nin birgə layihəsi olan “Yaşıl dünya” adlı onlayn sərgi yekunlaşıb. 
Onlayn sərgidə  Azərbaycan, Türkiyə, İran, Meksika, Oman və Qırğız Respublikasından olan rəssamlar iştirak edib. Sərginin Azərbaycandan olan iştirakçılarına təltif olunduqları sertifikatların təqdim edilməsi məqsədilə Beynəlxalq Qalereyanın ofisində tədbir keçirilib. Tədbirdə  Fatma Əliyeva , Fərəh Babayeva, Tofiqə Əliyeva,  Mehriban Əliyeva, Həyat Şirvanova, Könül İbrahimova, Aytən Bəylərzadə, Şəbnəm Nəbiyeva, Aytən Həbibullayeva, Ülkər Məmmədli, Vəfa Şahverdiyeva, Sevinc Abbaszadə və Səma Muxtarlı tələbələrilə ilə birgə iştirak ediblər. Tədbiri açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçıları salamlayaraq sərgi barədə məlumat verib. Müxtəlif ölkələrdən rəssamların iştirak etdiyi sərgidə ölkəmizdən olan rəssamların fəal iştirakının əhəmiyyətini vurğulayıb.  Elnurə İsgəndərova əməkdaşlığa görə İyilik Üretenler dərnəyinin rəhbəri Ahmet Yavuz Uşaklıoğluna təşəkkür edib, onun sərgi iştirakçılarına ürək sözlərini çatdırıb, gələcəkdə qardaş ölkə Türkiyədə birgə sərgilərin keçirilməsi üzərində çalışdıqlarını qeyd edib. Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfirinin həyat yoldaşı Jıldız Supatayeva belə birgə tədbirlərin ölkələr arasında mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verdiyini deyib. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinaida Mirzəzadə onlayn sərgidə təltif olunanları təbrik edib, gələcək fəaliyyətlərində yaradıcılıq uğurları arzulayıb. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Vəfa Tağızadə  gənc rəssamların peşə bacarıqlarının inkişafı məqsədilə bu formatda sərgilərin vacibliyini qeyd edib. Azərbaycan Dövlət Pedeqoji Universitetinin müəllimi, rəssam Səyyar Əliyev xarici ölkələrdən olan rəssamlarla birgə tədbirlərin keçirilməsinin qarşılıqlı münasibətlərə müsbət təsir etdiyini diqqətə çatdırıb.  Həkim, rəssam Səadət Cəfərova gənclərin və peşəkar rəssamların birgə iştirakı ilə keçirilən sərgilərin təcrübə mübadiləsində böyük əhəmiyyət daşıdığını bildirib. 
Tədbirdə çıxış edən Ahmet Naim Pir. Mehriban Zeynalova və digər rəssamlar beynəlxalq səviyyəli sərgilərdə iştiraka şərait yaratdığına görə Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya və tərəfdaşlara təşəkkürlərini bildiriblər. Tədbirin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay
Fotoqraf:  Ramilə Axundzadə  


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ