SON DƏQİQƏ

İRADƏ ƏLİLİ- Yubley təbrikləri

Tarix:28-04-2024, 02:47

Azərbaycan mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, informasiya və sənəd menecmenti sahəsini tədris edən müəllim, jurnalist, ictimaiyyətçi, Peşəyönümlü Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü İradə Əlilinin 60 yaşı tamam olub. 


Bu münasibətlə Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Fazil Mustafa Komitə adından yubiliyara təbrik məktubu ünvanlayıb. Komitənin təbrikində İ.Əlilinin çoxşaxəli fəaliyyəti vurğulanıb, müəllifi olduğu kitablara kitabına diqqət çəkilib. Yubiliyara ən xoş diləklər çatdırılıb.  

 


Xocalı rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Lamiyyə Qarayevanın təbrik məktubunda isə İ.Əlilinin Xocalı sakinlərinin qəlbində əvəzsiz yeri olduğu qeyd edilib. Xocalı sakinlərinə diqqət və qayğının ən bariz nümunəsinin 2022-ci ildə “Xocalı: Şahidlər danışır” kitabı olduğu vurğulanıb. Qeyd edilib ki, xocalılar sizi heç vaxt unutmayacaqlar.
Xatırladaq ki, “Xocalı: Şahidlər danışır” kitabı 12 dilə tərcümə edilib. 


XeberTıme.az

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ