SON DƏQİQƏ

Qırğız Respublikasının səfirliyi ilə birgə xeyriyyə sərgisi keçirilib- FOTOLAR

Tarix:29-04-2024, 20:04

Qırğızıstan Respublikasının Azərbaycandakı Səfirliyinin, YAP Yasamal Rayon Təşkilatının və Beynəlxalq Qalereyanın birgə dəstəyi ilə xeyriyyə sərgisi təşkil olunub.
Layihə rəhbəri Saule Osmonalieva, təşkilatçısı isə Aygün Əzizova olan sərgidə respublikanın müxtəlif bölgələrindən gəlmiş 18 yaşa qədər 200 nəfər rəssam iştirak edirdi. Layihənin məqsədi yeniyetmə rəssamların əsərlərinin satışını təşkil edərək onları sənətə həvəsləndirmək üçün dəstək olmaq idi. Yeniyetmə rəssamların əsərlərinin satışına dəstək olanlar 1-ci Qarabağ müharibəsinin könüllü iştirakçısı, ehtiyatda olan zabit, Sank Peterburq Azərbaycan Diasporunun üzvü, sahibkar Məzahir Həsənov, ixtiraçı, rəssam, yazar, sahibkar Azim Mirzəliyev, Azərbaycan Dövlət İncəsənət Kollecinin, Azərbaycan Dövlət Pedaqoji Kollecinin müəllimi və RM ART Studionun rəhbəri Rəsmiyyə Mahmudova, Gənc sahibkar Turan Sadıqlı idi. Sərgini giriş sözü ilə açan YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev Qırğızıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev, xanımı Jıldız Osmonaliyeva və qızı Saule Osmonaliyeva, Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova, təşkilatçı Aygün Əzizovaya xeyirxah məqsəd üçün təşkil olunmuş layihəyə görə təşəkkür edib, iştirakçılara uğurlar arzulayıb. Qırğızıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kayrat Osmonaliyev bildirib ki, Azərbaycan və Qırğız xalqları arasında tarixən ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcud olub. İki ölkənin möhkəm təməllər üzərində qurulan münasibətləri yüksələn xətlə inkişaf edir. Gözəl qarşılanma və layihəyə dəstək üçün YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyevə və Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya, təşkilatçı Aygün Əzizovaya təşəkkür edən səfir onlara xüsusi hədiyyələr və Qırğızıstan Səfirliyi adından xüsusi təşəkkürnamə təqdim edib. 
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərgi haqqında məlumat verib, layihə rəhbəri Saule Osmonaliyeva və təşkilatçı Aygün Əzizovaya birgə fəaliyyətlərində uğurlar arzulayıb. Sərgidə fəal iştirak edən ADPU-nun baş müəllimləri Səmayə Rzayeva, Səyyar Əliyev, Ofeliya Sarıyeva, Naibə Vəliyeva, Fialeta Babayeva, ADRA - nın müəllimi Zinaida Mirzəzadə, Vəfa Tağıyeva, RM ART Studionun rəhbəri Rəsmiyyə Mahmudova, Asudə Vaxt Mərkəzinin müəllimi Fərəh Babayeva, İlahə ART Studionun rəhbəri Həyat Şirvanova, FR ART Studionun rəhbəri Fidan Rüstəmzadə, Al Mart Studionun rəhbərləri Mariya Əliyeva, Almaz İdrisova, English for kids, ABC School kursunun müəllimi Arzu Məmişova, EDU GRATA Tədris Mərkəzinin müəllimi Şəbnəm Nəbiyeva, Tofa Art Studionun rəhbəri və Cəbrayıl rayonu Qovşudlu kənd orta məktəbinin müəllimi Tofiqə Əliyeva, İnci Psixoloji Tədris Mərkəzinin müəllimi Günel İsmayılova, Mehriban Art Studionun rəhbəri Mehriban Əliyeva, Rüfanə Art Studionun Rəhbəri Rüfanə Dünyamalıyeva, Uni Kids Club-un rəhbəri Yeganə Kələntərli, Oxu Tədris Mərkəzinin rəhbəri müəllimi Elmira Həsənova, Güvən, Elpida, Be house Tədris Mərkəzinin müəllimi Fatma Əliyeva, Fatimə ART studionun rəhbəri Fatimə Axundzadə, Rəngarəng ART Studionun rəhbəri Təhminə Əli, 4 Nömrəli Uşaq Gənclər Mərkəzi PHŞ müəllimi Muxtarlı Səmra tələbələri ilə iştirak ediblər. Sonda iştirakçılar təşəkkürnamə ilə təltif olunublar və xatirə fotoları çəkilib.

Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay 


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ