Qardaş Türkiyədən İyilik Üretenler Derneğinin rəhbəri Hatice Uşaklıoğlu Azərbaycana səfərə gəldi.
İyilik Üretenler Derneğinin Azərbaycan üzrə koordinatoru Elnurə İsgəndərova ilə görüşdü . Görüş əsasında Hatice xanım Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyev və akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdi. Şəhidlər xiyabanı və "Türk şəhidliyi" abidəsini ziyarət edib ART TV Azərbaycan kanalı və XeberTime.az saytı üçün müsahibə verdi.
- Qeyd edək ki, İyilik Üretenler Derneği hər iki Qarabağ müharibəsində azərbaycanlı soydaşlarımıza əlindən gələn köməyi etməyə çalışmışdır. Vətənpərvərlik tədbirləri əsasında iki il öncə İyilik Üretenler Derneğinin koordinatoru Ahmet Yavuz Uşaqlıoğlu da Azərbaycana səfər etmişdir və səfər əsasında Ağdam rayonunu ziyarət etmişdi.
Hatice xanım səfər əsasında Elnurə xanımla birgə həyata keçiriləcək gələcək layihələri müzakirə etdilər.
Müxbir: Aygün Oqtay
Fotoqraf: Camal