20 iyul 2024-ci il tarixində Bakı şəhər 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Lalə Qəti və rəssam müəllim Aytən Bəylərzadənin təşəbbüsü ilə "Yaşıl Dünya Naminə Həmrəylik İli" çərçivəsində "Tullantılardan Sənətə" adlı sərgi təşkil olundu. Sərgidə rəngkarlıq və dekorativ-tətbiqi sənət nümunələri olan 23 əsər və 23 geyim modeli sərgilənirdi. Sərgidə fəxri qonaq olan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova çıxışında gözəl təşəbbüsün hər kəsin marağına səbəb olacağına və uşaqların şəxsi düşüncələrinin inkişafına böyük dəstək olduğunu , bu yolda 3 nömrəli Uşaq Gənclər Mərkəzinin direktoru Lalə Qətiyə və rəssam , müəllim Aytən Bəylərzadəyə fəaliyyətlərində uğurlar arzuladı . Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Aytən Hüseynəliyeva tullantıların sənət əsərinə çevrilməsinin olduqca maraqlı olduğunu , uşaqların əsərlərinin bir-birindən fərqli düşüncə ilə hazırlandığını , əhalinin maariflənməsində mühüm fikir olduğunu bildirdi. Uşaqların ifasında rəqs və musiqi nömrələri alqışlarla qarşılandı. Sonda sərgi iştirakçılarına masterklass göstərildi , diplom təqdim olunub xatirə fotoları çəkildi.
XeberTıme.az sizə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində “Tullantılardan Sənətə” adlı sərginin video rolikini təqdim edir.
Xebertime.az
Müxbir. Aygün Oqtay