Aymediacompany.az MMC-nin direktoru Almaz Mustafayevanın təşəbbüsü və təşkilatçılığı ilə bu gün axşam saatlarında Azərbaycan Milli Mətbuatının 149 illiyinə həsr olunmuş tədbir düzənlənib.
Tədbir sözügedən media quruluşunun yerləşdiyi məkanda-Sumqayıt şəhərində baş tutub.
Etikxeber.az xəbər verir ki, tədbirdə öncə dövlət başçısı-mərhum Heydər Əliyevin və Azərbaycan Şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət himni səsləndirilib.
Sonra çıxışlar başlayıb.
Çıxışlarda Azərbaycan mətbuatının yaranmasından, Həsən bəy Zərdabi və “Əkinçi” ənənələrindən, ötən 149 ildə keçilən yoldan, əldə edilən uğurlardan və problemlərdən danışılıb, bəhs olunub, mediada, jurnalistikada əməyi, zəhməti olan əsl, peşəkar jurnalistlər 22 iyul-Milli Mətubat Günü münasibəti ilə bağlı təbrik edilib.
Eyni zamanda, tədbirin təşilinə görə Almaz Mustafayevaya minnətdarlıq bildirilib.
Təfbirdə həmçinin, tort kəsilib, xatirə fotoları çəkdirilib, Aymediacompany.az MMC tərəfindən bir sıra iştirakçılar diplomlarla təltif olunub.
Qeyd edək ki, tədbirdə Aymediacompany.az MMC-nin kollektivi, Sumqayıtlı Şəhid ailələri, Qazilər, müharibə veteranları, media mənsubları, tanınmış jurnalistlər və digər şəxlər iştirak ediblər.
***
FOTOLAR:
Kamil HƏMZƏOĞLU (HƏMİDOV)