SON DƏQİQƏ

Beynəlxalq Qalereyada Beynəlxalq Dostluq Günü münasibətilə tədbir keçirilib- FOTO\VİDEO

Tarix:31-07-2024, 02:02

Beynəlxalq Qalereyada 30 iyul Beynəlxalq Dostluq Günü münasibətilə tədbir keçirilib. Tədbirdə “World Art Club”, Beynəlxalq Qalereya and “Serus Gallery”-nın birgə layihəsi olan onlayn sərginin iştirakçıları mükafatlandırılıb. Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova  Beynəlxalq Dostluq Günü münasibətlə təbrik edib. Dostluğun önəmindən, dünyada  dostluq əlaqələrinin inkişafından söhbət açdı.Layihə haqqında məlumat verən Elnurə İsgəndərova indiyə qədər “World Art Club”la bir neçə sərgi keçirdiklərini, “Serus Gallery” ilə isə ilk dəfə əməkdaşlıq etdiklərini diqqətə çatdırıb. Tədbirdə iştirak edən rəssam müəllimlərdən Məlik Əliyev,  ART Studionun Rəhbəri Gövhər Məmmədova, Əliyeva Şəhanə, “Şəhanə” Tədris Mərkəziinin direktoru   yaradılan şəraitə görə təşəkkür edib, xarici ölkələrdə  tanınmaq üçün imkan olduğunu bildirfdilər. Daha sonra iştirakçılara təltif olunduqları sertifikatlar təqdim olunub. 
Sonda  Beynəlxalq Dostluq Gününə həsr olunmuş Flaşmob təqdim olunub uşaqlar tərəfindən.
Əyləncəli və maraqlı keçən tədbir boyu xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.
 
 

Beynəlxalq Qalereyada keçirilən “Beynəlxalq Dostluq Günü”nə həsr olunmuş  tədbirin video carxını sizə təqdim edirik.  

 

Müxbir: Aygün Oqtay 
Fotoqraf: Camal

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ