16 Avqust Beynəlxalq Qalereyada SATTARART komandası ilə birgə İdeya müəllifi Həsən Hüseynov, Şəms Səttarzadənin Moderatorluğu ilə "Əlvan Duyğular" adlı rəsm müsabiqəsi təşkil olundu. Müsabiqədə 55 nəfər müxtəlif yaş qruplarında rəssamlar iştirak edirdilər. Sərgini giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova sərgi iştirakçılarını salamlayıb, sözü sərginin moderatoru Şəms Səttarzadəyə verdi. Şəms Səttar zadə sərgiyə dəstəyə görə Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovaya təşəkkür edib, sərgi iştirakçılarına uğurlar arzuladı. Müsabiqədə 1 ci yer Asya Məmmədova, 2 ci yer Mustafayeva Hacər, 3 cü yer Quliyev Mehman, Fərqlənmə Hədiyyəsi ilə Əliyeva əsnad təltif olundular. Hədiyyə olaraq rəssamlıq ləvazimatları təqdim olundu. Sərgi iştirakçıları hər biri sərgidə iştirak sertfikatı təqdim olundu. Sonda "Əlvan Duyğular" adlı flaşmob və xatirə fotoları çəkildi.
"Əlvan Duyğular" adlı rəsm müsabiqəsinin video çarxını sizə təqdim edirik:
Xebertime.az
Müxbir: Aygün Oqtay
Fotoqraf: Mahir Əhmədov