SON DƏQİQƏ

Fotoqrafiya Günü münasibətilə formatda keçirilmiş sərginin iştirakçılarına sertifikatlar təqdim olunub- FOTOLAR-VİDEO

Tarix:18-08-2024, 23:12

Beynəlxalq Qalereyada Ümumdünya Fotoqrafiya Günü münasibətilə onlayn formatda keçirilmiş sərginin ölkəmizdən olan iştirakçılarına təltif olunduqları   sertifikatlar təqdim olunub.  
Qeyd edək ki, World Art Club, İyilik Üretenler Derneği, Amedia MMC və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə reallaşan onlayn sərgidə Azərbaycan, Türkiyə, Hindistan, Meksika, Şri Lanka, Peru və Tayvandan olan fotoqraf və rəssamlar iştirak ediblər. Tədbirdə çıxış edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçıları sertifikatla təltif olunmaları münasibətilə təbrik edib, onlara yaradıcılıqlarında uğurlar arzulayıb. Masallı   rayon  Dövlət  Rəsm   Qalereyasının direktoru Təhmasib Məcidov beynəlxalq səviyyədə keçirilən sərgilərə ölkəmizin təmsilçilərinin qatılmasının mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Azərbaycan Rəssamlıq Akademiyasının müəllimi Zinaida Mirzəzadə gənc rəssamları növbəti uğurları münasibətilə təbrik edərək hər zaman ölkəmizi layiqincə təmsil etmələrini arzu edib. Sonda iştirakçıları təltif olunduqları sertifikatlar təqdim olunub.



Fotoqrafiya Günü münasibətilə keçirilən video çarxı sizə təqdim edirik: 




Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay 
Fotoqraf: Mahir Əhmədov

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ