SON DƏQİQƏ

26 avqust – Laçın şəhəri günüdür- FOTOLAR

Tarix:28-08-2024, 01:46

Azərbaycanda 26 avqust - Laçın Şəhəri günü keçirildi. 
Prezident İlham Əliyev 31 iyul 2022-ci ildə azad edilmiş ərazilər üzrə şəhər günlərinin təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Sərəncama əsasən, 26 avqust – Laçın Şəhəri günü kimi təsis edilib.
Laçın Şəhəri günü təntənəli şəkildə qeyd olundu.
26 avqust 2024-ci il tarixində  Mədəniyyət Nazirlik nümayəndəliyinin təşkilatçılığı ilə bir sıra incəsənət nümayəndələri, media nümayəndələri, dövlət xadimləri, rəssamlar, xarici qonaqlar Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində iştirak ediblər. Manitorda Laçın rayonundan bəhs edən tarixi film nümayiş olundu.                             

Sonda möhtəşəm atəşfəşanlıq təşkil olunmuşdur. 
Qeyd edək ki, Azərbaycanın Vətən müharibəsində döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də təsdiqini tapıb, Ermənistan Ağdam və Kəlbəcərlə yanaşı, Laçın rayonunu da boşaltmaq məcburiyyətində qalıb.
Vətən müharibəsində əldə edilən Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, Laçın rayonu 2020-ci il dekabrın 1-də Azərbaycana təhvil verilib.
Lakin Laçın dəhlizi Laçın şəhərindən keçdiyindən şəhər Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında qalıb.
Alternativ yolun istifadəyə verilməsindən sonra Azərbaycan Ordusu 26 avqust 2022-ci ildə Laçın şəhərinə yerləşib, eyni zamanda Laçın şəhərində Azərbaycan bayrağı ucaldılıb.
 
Yaşasın Laçın! Yaşasın Azərbaycan!
 
Yeganə Telmanqızı                                   

XeberTıme.az  


 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ