Xalq artisti Tünzalə Ağayeva yeni fotosessiyasını təqdim edib.
XeberTıme.az xəbər verir ki, pop ulduz “Space_13” adlı tarixi məkanda lentə alınan yeni layihəsinin növbəti buraxılışını şəxsi “İnstagram” hesabında paylaşıb.
Estrada ulduzu yeni fotosessiyası üçün fotoqraf Azər Cəfərin kamerası önünə keçib. Onun obrazı üzərində stilist, geyim və stil üzrə mütəxəssis Elnarə de Birbuet işləyib. Geyim modelyer-dizayner Zümrüd Mirzəliyevaya məxsusdur. Müğənninin saçları üzərində tanınmış saç ustası Fərid Bağırov çalışıb. Xalq artistinin makiyajını isə makeup artisti Reyhan Babayevaya edib.
Layihənin prodüseri Yalçın Cabbarovdur.
XeberTıme.az