SON DƏQİQƏ

“Dünya Sülh Günü”nə həsr olunmuş sərgi keçirilib-FOTO/VİDEO

Tarix:24-09-2024, 15:39

Beynəlxalq Qalereyada “Dünya Sülh Günü” münasibətilə keçirilmiş onlayn rəsm sərgisinin iştirakçıları təltif olunub. Mükafatlandırma mərasimində Meksikanın ölkəmizdəki  sabiq səfiri, fotorəssam Xuan  Rodriges Labardini, əməkdar  rəssam Adil Şıxəliyev, ADPU-nin müəllimləri Səmayə Rzayeva, Naibə Vəliyeva, Sevinc Hacıyeva, Şəhanə Tədris Mərkəzinin rəhbəri Şəhanə Əliyeva, Asudə Vaxt Mərkəzinin müəllimi Fərəh Babayeva və gənc rəssamlar iştirak edirdilər. Tədbirdə çıxış edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova rəssamları təbrik edib, sərgi haqqında ətraflı məlumat verib. Bildirib ki, onlayn sərgi Beynəlxalq Qalereya, World Art Club, Dom Moda Art və "Abşeron" Gənclərin İnkişafı İctimai Birliyinin birgə layihəsi əsasında həyata keçirilib. Onlayn sərgiyə Azərbaycan, Meksika, Türkiyə, Rusiya və İrandan olan rəssamların qatıldığını diqqətə çatdırıb. Çıxış edən qonaqlar beynəlxalq səviyyədə keçirilən sərgilərin gənc rəssamların inkişafına müsbət təsir etdiyini bildiriblər.                                         
Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə fotoları çəkilib.  

                              
“Dünya Sülh Günü” münasibətilə keçirilən tədbirin video çarxını sizə təqdim edirik.  


 
Xebertime.az 
Müxbir: Aygün Oqtay 
Fotoqraf: Camal   
Operator: Xatirə Məmmədova


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ