Qazaxıstanın paytaxtı Astanada keçirilən Azərbaycan Mədəniyyəti Günləri zəngin proqramı ilə yekunlaşıb.
XeberTıme.az xəbər verir ki, qardaş ölkədə Azərbaycan Mədəniyyəti Günləri münasibətilə ölkəmizin incəsənət ustaları, bədii kollektivləri, yazıçıları və media nümayəndələri iştirak edib.
Pop ulduz Tünzalə Ağayeva qala konsert proqramında çıxış edib. Xüsusi səhnə pərformansı sərgiləyən ulduzu tamaşılar gür alqışlarla qarşılayıb.
Estrada ulduzunun səhnə geyimi dizayner Xəyalə Bayrama, saç və makiyajı isə stilist Elnur Həsənova məxsusdur.
Gecədən lentə alınan görüntüləri təqdim edirik:
XeberTıme.az