Oktyabrın 12-də Beynəlxalq Qalereyada COP 29-a həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu "Payız Palitrası" adlı master-klass təşkil olundu.
Master-klasda 28 nömrəli məktəbin müəllimi Səkinə Hüseynova tələbələri ilə iştirak edirdi. İştirakçıları Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova salamlayıb , uğurlar arzuladı.
Master-klasda Azərbaycanda Kazak Həmyerliləri Cəmiyyətinin Gənclər siyasəti üzrə Ataman müavini, Avrasiya lideri Ruslan Sleptsov fəxri qonaq olaraq iştirak edirdi.
Master-klasda iştirak edən müəllimlər Səkinə Hüseynova, Aynur Əliyeva idi. Yeniyetmə rəssamlar payız fəslinin rəngləri haqqında maraqlı məlumatlar dinləyib, payız fəslinin gözəlliklərini əsərlərə köçürdülər.
Sonda master-klass iştirakçıları sertifikat və kiçik hədiyyələrlə təltif olundular. Xatirə fotoları çəkildi.
"Payız Palitrası" adlı master-klass. Beynəlxalq Qalereyada keçirilən tədbirin video çarxını sizə təqdim edirik.
Xebertime.az
Müxbir: Aygün Oqtay
Fotoqraf: Camal