Beynəlxalq Qalereyada Halloween bayramına həsr olunmuş master-klas keçirilib. Master-klasda 28 nömrəli məktəbin müəllimi Səkinə Hüseynova və şagirdləri iştirak edib.
Tədbirdə çıxış edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçıları salamlayaraq onlara master-klas haqqında ətraflı məlumat verib. Master-klasın ustad müəllimi, ADRA-nın müəllimi, professor Zinaida Mirzəzadə iştirakçılara Halloween bayramının tarixindən danışdı, onlara mövzuya uyğun rəsmlər çəkmək üçün məsləhət və tövsiyələrini verdi. Daha sonra şagirdlər Zinaida Mirzəzadənin nəzarəti ilə helouinə həsr olunmuş rəsmlərin çəkilişinə başladılar.Bir neçə saat davam edən master klass iştirakçıların maraqlı əsərlər hazırlamaları ilə yekunlaşdı. Master-klasın sonunda iştirakçılara sertifikatlar təqdim olundu, xatirə fotoları çəkildi və Beynəlxalq Qalereyanın ənənəvi fləşmobu baş tutdu.
Beynəlxalq Qalereyada keçirilən Halloween bayramına həsr olunmuş master-klasın video çarxını sizə təqdim edirik.
[media=https://www.youtube.com/watch?v=BiENPvI6iFQ]
XeberTıme.az
Müxbir: Aygün Oqtay
Fotoqraf: Camal