SON DƏQİQƏ

Xuraman Aydınqızının təqdimatında “Bu Sabah” verlişi- FOTO\VİDEO

Tarix:24-10-2024, 13:43

Həftə içi 5 gün saat 09:00-dan-11:00-dək Dünya TV-nin canlı efirində “Bu Sabah” verlişi nümayiş olunur.                                                    
Sevilən teleaparıcı Xuraman Aydınqızının təqdimatında 24.10.2024-ci il tarixində Dünya TV-nin canlı efirində yayımlanan “Bu Sabah” verlişində “Dünənin, bu günün, sabahın gənciliyindən” danışıldı. Verlişin sazlı-sözlü qonağı Mirvarid Dilbazi Poeziya Məclisinin İctimai Birliyinin sədri, Kəlağayı Muzeyinin direktoru Güllü Eldar Tomarlıy şeirlər söylədi, Jurnalist- pedaqoq Yeganə Telmanqızı bu günün gənclərindən danışdı, nəğməkar qonaq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin estrada fakültəsinin tələbəsi, isdedadlı gənc müğənni Vaqif  Vəliyev (Vaqo) bir-birindən gözəl mahnılarla çıxış etdi. Verlişin aparıcısı Xuraman xanım verlişin qaynar xəttinə göndərilən tamaşaçı sms səsləndirdi. 



Sizlərə sayıtımız vasitəsi ilə verlişin tam videosunu təqdim edirik.   




Yeganə Telmanqızı                                   
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ