Beynəlxalq Qalereyada Halloween bayramına həsr olunmuş onlayn sərginin ölkəmizdən olan iştirakçılarının mükafatlandırma mərasimi keçirilib.
Tədbirdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Zinaida Mirzəzadə, Azərbaycan Dövlət Pedeqoji Universitetinin müəllimi Naibə Vəliyeva, Odlar Yurdu Universitetinin müəllimi Vəfa Yüzbaşıyeva, ABC School və English for Kids Tədris Mərkəzlərinin müəllimi Arzu Məmişova, "Şəhanə" Tədris Mərkəzinin rəhbəri Şəhanə Əliyeva, "EDÜQRATA” Tədris Mərkəzinin müəllimi Şəbnəm Nəbiyeva və onların yetirmələri, Aida Həsəniovanın rəhbəri olduğu TEMP Tədris Mərkəzinin, Bakıxanov Kitabxana Dərnəyinin müəllimi Fərəh Babayevanın, Slavyan Tədris Mərkəzinin müəllimi Ayşən Şavruqovanın tələbələri iştirak edirdilər. Qeyd edək ki, World Art Club, “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyi və Beynəlxalq Qalereyanın birgə təşkilatçılığı ilə reallaşan onlayn sərgidə Azərbaycan, Meksika, Argentina və Hindistandan olan rəssamların əsərləri nümayiş etdirilib. Tədbirdə çıxış edən Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova xarici tərəfdaşlarla birgə keçirilən onlayn sərgiyə böyük maraq olduğunu, dörd ölkənin təmsilçilərinin əsərlərinin xüsusi facebook qrupunda yayımlandığını bildirdi. Elnurə İsgəndərova iştirakçılara uğurlar arzuladı və bu formatda tədbirlərin gələcəkdə də davam edəcəyini diqqətə çatdırdı.
Tədbirdə iştirakçılara sertifikat və "Tonti" Şirniyyatdan Halloween simvolları formasında hazırlanmış xüsusi şokaladları təqdim olundu.
Sonda xatirə fotoları çəkildi və ənənəvi flaşmob hazırlandı.
Xebertime.az
Xüsusi müxbir: Aygün Oqtay
Fotoqraf: Camal
Sizə Beynəlxalq Qalereyada Halloween bayramına həsr olunmuş onlayn sərginin ölkəmizdən olan iştirakçılarının mükafatlandırma mərasiminin videosunu təqdim edirik.