Zəfər bayramına saylı günlər qalıb. Bu bayram münasibəti ilə Abşeron-Xızı Regional Mədəniyyət idarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbinin şagirdləri Zəfər gününə həsr olunmuş “Böyük Zəfər” adlı tədbir keçirib. Tədbirdə torpaqlarımızın işğaldan azad olunmasında canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, Azərbaycan Dövlət himni səsləndirildi. Sonra tədbirin aparıcısı Nuray Hüseynova 44 günlük Zəfər tariximizdən və Zəfər tariximizə qədər gələn illərdən maraqlı məlumatları tədbir iştirakçılarına danışdı. Məktəbin şagirdləri Nazlı Ələkbərova, Fatimə Həsənli, Sevil Mahmudzadə, Fikrət Ağakişiyev, Leyla Ağayeva, Gülay Namazova, Rza Tahir Zəfərə, Azərbaycana, şəhidlərə həsr olunmuş şeirlər söylədilər, bir- birindən maraqlı, vətənpərvər mövzusunda tamaşalar göstərdilər, müxtəlif şüarlar “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Qarabağ Azərbaycandır!”, “Böyük Zəfərin mübarək Azərbaycan!” səsləndirdilər. Məktəbin fortepiano şöbəsinin şagirdi Leyla Ağayeva və rəssamlıq şöbəsinin şagirdi Aysu Süleymanova Zəfər təntənəsindən bəhs edən rəsm çəkdi. Tədbirin aparıçısı Nuray Hüseynova məni hərbi formamda təmsil edirdi. Tədbirin sonunda səhnəyə çıxaraq yanımızda olan hər kəsə pedoqoji kollektivimə, qonaqlara, göstərdiyi möhtəşəm tamaşaya görə şagirdlərə öz təşəkkürümü bildirdim. “Böyük Zəfər” kompazisiyası alqışlarla başa çatdı. Tədbirin təşkilatçısı və ssenari müəllifi məktəbin nəzəriyyə müəllimi Yeganə Hüseynova idi.
Sonda xatirə şəkillər çəkildi.
“Böyük Zəfər” adlı tədbirin bir hissəsini sizə təqdim edirik:
Yeganə Telmanqızı
XeberTıme.az