Tanınmış kosmetoloq İntizar Quliyeva ilə müsahibə:
İntizar xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən özüm beş il tibb sahəsində işləmişəm. Amma kosmetologiyanı sevdiyim üçün bu sahəyə gəldim.
Neçə ildir ki, bu sahədəsiniz?
- Artıq uzun müddətdir ki, bu sahədə fəaliyyət göstərirəm.
Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Kosmetologiyaya aid bütün prosedurları icra edirəm. Eyni zamanda trixologiya üzrə mütəxəssisəm.
Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Daha çox saç tökülmələri ilə bağlı müraciətlər olur.
İş prinsipiniz nədən ibarətdir?
- İşimdə yaxşı nəticə əldə etmək əsas iş prinsipimdir.
Xarakter olaraq necə birisiniz?
- Sakittəbiətli bir insanam.
Ailəlisinzimi?
- Xeyr, ailəli deyiləm.
Bir mütəxəssis olaraq nəyə "yox" deyirsiniz?
- Botoksa "yox" deyirəm.
Bir xanımın üzündə ən vacib olan element hansıdır?
- Xanımlar təbii görünüşünü saxlayaraq yüngül toxunuşlarla korreksiya etsələr, daha gözəl nəticələr əldə edərlər.
Xanımlara nə məsləhət görürsünüz?
- Xanımlara botoksdan uzaq olmağı məsləhət görürəm. 25-30 yaşlarından sonra üz dərilərinə qulluq etsinlər.
Mən bu sahəni seçərkən ağlıma gəlməzdi ki,.. Bu fikri özünüz tamamlayın, zəhmət olmasa.
- Ağlıma gəlməzdi ki, öz işimdə bu qədər ucalacağam.
İntizar xanımın əlaqə telefonu: 055 967 64 00
Ünvan: Azes Holdıng Academy;
Fətəlixan Xoyski 169a “AHA” Klinikası N.Nərimanov m/s.
Müsahibəni qələmə aldı:
Cavidan