SON DƏQİQƏ

Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi keçiriləcək

Tarix:13-11-2024, 11:14

Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi keçiriləcək
Noyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” (“Climates and Carpets”) adlı beynəlxalq sərginin açılışı keçiriləcək. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutacaq. 
Ölkəmizin əlverişli iqlim şəraiti, füsunkar təbiəti burada qədim xalq sənəti olan xalçaçılığın yaranmasında və inkişafında mühüm rol oynayıb. Azərbaycanın zəngin naxışlı, orijinal kompozisiyalı, ekoloji təmiz, rəngarəng xalçaları onun əsrarəngiz təbiətinin bütün gözəlliklərini özündə əks etdirir. Sərginin məqsədi müasir sənətkarların qədim ənənələrimizə əsaslanaraq yeni üslubda və texnikada yaratdıqları əsərlər vasitəsilə tamaşaçıların diqqətini iqlim dəyişikliyinə qarşı mübarizənin, sağlam həyat tərzinin əhəmiyyətinə yönəltmək, ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə səsləməkdir. 
“İqlimlər və ilmələr” sərgisində Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyadan olan tanınmış rəssamların bəşəri dəyərə malik Azərbaycan xalça sənətindən, onun ənənəvi naxışlarından ilhamlanaraq yaratdıqları əsərlər nümayiş olunacaq. Burada Rusiyanın məşhur aktrisası, rejissor, rəssam, müğənni və televiziya aparıcısı Natalya Boçkaryovanın “Alovda doğulmuş” əsəri yer alacaq. Sərgidə həmçinin North Park Universitetinin professoru Nnenna Okorenin (Çikaqo ş.), meksikalı rəssam Pedro Sezar Peraltanın, rəssam, “YARAT” Müasir İncəsənət Məkanının və “CHELEBI” brendinin təsisçisi Aida Mahmudova, Əməkdar rəssamlar Taryer Bəşirov və Faiq Əhməd, Əməkdar mədəniyyət işçisi Elmira Abbaslı, rəssamlar Məmməd Rəşidov, Milena Nəbiyeva, Məhər Məhərrəmov, Təranə Əliyeva və Bilgəh qəsəbəsi 11 saylı İnteqrasiya təlimli internat məktəbinin şagirdlərinin müəllifi olduğu, şüşə, yun, metal, bioplastik, tənzif, lif, talaş və s. kimi materiallardan, müxtəlif tullantılardan hazırlanmış bir-birindən fərqli sənət nümunələri yer alacaq. 
Sərginin açılış mərasimində əsərlərin nümayişi ilə yanaşı, Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan, Əməkdar rəssam Taryer Bəşirovun COP29-a həsr etdiyi “Yaşıl dünya” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi də baş tutatcaq. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyinin üzvləri toxuculuq üzrə ustad dərsləri keçirəcəklər.
Sərgi noyabrın 30-dək davam edəcək. 




Sərgiyə biletləri itiket.az saytınıdan əldə edə bilərsiniz.  


https://iticket.az/events/exhibitions/an-international-exhibition-climates-and-carpets1 

В Азербайджанском национальном музее ковра состоится международная выставка «Климат и ковры» 



15 ноября в Азербайджанском национальном музее ковра состоится открытие международной выставки «Климат и ковры». Выставка, посвященная 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP 29), организована Министерством культуры Азербайджанской Республики и Азербайджанским национальным музеем ковра. 
Благоприятные климатические условия сыграли важную роль в развитии ковроткачества, являющегося древним видом народного искусства. Красочные узоры экологических ковров оригинальных композиций отражают всю красоту азербайджанской природы. Цель выставки – привлечение внимания зрителей к важности борьбы с климатическими изменениями, здоровому образу жизни, решению экологических проблем и защите окружающей среды посредством работ современных художников, основанных на древних традициях нашего народа.
На выставке «Климат и ковры» будут представлены произведения известных художников из Азербайджана, США, Объединенных Арабских Эмиратов, Мексики и России, вдохновленных азербайджанским ковровым искусством и его традиционными узорами. Посетители впервые увидят совместную работу «Рожденный в огне» известной российской актрисы, режиссёра, художнцы, певицы и телеведущей Натальи Бочкарёвой. Также здесь будут представлены работы профессора Университета Норт-Парк Нненны Окоре (Чикаго), мексиканского художника Педро Сезара Перальты, художника, основателя Центра современного искусства YARAT и бренда CHELEBI Аиды Махмудовой, Заслуженных художников Азербайджана Тарьера Баширова и Фаига Ахмеда, Заслуженного работника культуры Эльмиры Аббаслы, художников Мамеда Рашидова, Милены Набиевой, Махара Магеррамова, Тараны Алиевой и учеников школы-интерната интеграционного обучения №11 поселка Бильгя. Работы учеников школы-интерната изготовлены из шерсти, металла, биопластика, марли, волокна, опилок, отходов и т.д.
В рамках мероприятия состоится церемония срезания со станка ковра Заслуженного художника Тарьера Баширова «Зеленый мир», посвященного COP29 и сотканного в Отделе традиционных технологий Азербайджанского национального музея ковра. Члены Союза женщин Объединенных Арабских Эмиратов – по вязанию. 
Выставка продлится до 30 ноября.


An International Exhibition Climates and Carpets will be Held at the Azerbaijan National Carpet Museum

On November 15th, the Azerbaijan National Carpet Museum will host opening of an international exhibition Climates and Carpets, dedicated to the 29th session of the Conference of the Parties (COP29) to the United Nations Framework Convention on Climate Change. The exhibition is organised by the Ministry of Culture of the Republic of Azerbaijan and the Azerbaijan National Carpet Museum. The exhibition will showcase works created by renowned artists from Azerbaijan, the USA, the United Arab Emirates, Mexico and Russia, inspired by the Azerbaijani art of carpet weaving, a craft of universal value and its traditional patterns. 
Favourable climate conditions and captivating nature of our motherland have played their significant role in the emergence and development of the ancient folk art of carpet weaving. Eco-friendly, colourful and rich-patterned carpets mirror all the beauties of the Azerbaijani nature. The exhibition aims to draw attention to the importance of combating climate change and promoting a healthy lifestyle through artworks created in new techniques by contemporary artists, based on ancient traditions, while calling for solutions to ecological problems and protection of the environment. 
The exhibition will feature a mutual work Born in Flames by a famous Russian actress, director, artist, singer and TV presenter Natalya Bochkareva. Moreover, Dr. Nnenna Okore (Chicago), a professor at North Park University, Mexican artist Pedro Cesar Peralta, artist, founder of the YARAT Contemporary Art Space and CHELEBI brand Aida Mahmudova, Honoured Artists Taryer Bashirov and Faig Ahmed, Honoured Worker of Culture Elmira Abbasly, artists Mammad Rashidov, Milena Nabiyeva, Mahar Maharramov, Tarana Aliyeva and students of Integration Training Boarding School #11 of Bilgah settlement will take part in this international project. The diverse art pieces made from various recycled materials such as glass, wool, metal, bioplastics, cheesecloth, fibres, sawdust, etc. will be presented.
The opening ceremony will feature cutting of the loom a carpet Green World by Honoured Artist Taryer Bashirov, dedicated to COP29 and woven in the Traditional Technology Department of the Azerbaijan National Carpet Museum. Furthermore, members of the Women’s Union of the United Arab Emirates will conduct masterclasses on weaving. 
The exhibition will be on until November 30. 


https://iticket.az/events/exhibitions/an-international-exhibition-climates-and-carpets1

Xebertime.az 
Xüsusi müxbir: Aygün Oqtay

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ