SON DƏQİQƏ

Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb

Tarix:21-11-2024, 01:29

Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisi açılıb



Noyabrın 15-də Azərbaycan Milli Xalça Muzeyində “İqlimlər və ilmələr” beynəlxalq sərgisinin açılışı keçirilib. BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan sərgi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə baş tutub. Sərginin açılış mərasimində Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, BMT-nin Cenevrədəki Ofisinin Baş direktoru Tatyana Valovayanın müavini Lidiya Qrigoryeva, Meksikanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Romero Kabalyero, Rusiya Federasiyası prezidentinin beynəlxalq əlaqələr üzrə xüsusi nümayəndəsi, “Abrau Durso” Azərbaycan şirkətlər qrupunun sahibi Boris Titov,  North Park Universitetinin professoru Nenna Okorenin kuratoru, 365 ART Qalereyasının təsisçisi Olqa Daniele çıxış edərək sərginin əhəmiyyətini vurğulayıblar.
“İqlimlər və ilmələr” sərgisində Azərbaycan, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Meksika və Rusiyadan olan tanınmış rəssamların bəşəri dəyərə malik Azərbaycan xalça sənətindən, onun ənənəvi naxışlarından ilhamlanaraq yaratdıqları əsərlər nümayiş olunur. Burada Rusiyanın məşhur aktrisası, rejissor, rəssam, müğənni və televiziya aparıcısı Natalya Boçkaryovanın, North Park Universitetinin professoru Nnenna Okorenin (Çikaqo ş.), meksikalı rəssam Pedro Sezar Peraltanın, rəssam, “YARAT” Müasir İncəsənət Məkanının və “CHELEBI” brendinin təsisçisi Aida Mahmudova, Əməkdar rəssamlar Taryer Bəşirov və Faiq Əhməd, Əməkdar mədəniyyət işçisi Elmira Abbaslı, rəssamlar Məmməd Rəşidov, Milena Nəbiyeva, Məhər Məhərrəmov, Təranə Əliyeva və Bilgəh qəsəbəsi 11 saylı İnteqrasiya təlimli internat məktəbinin şagirdlərinin müəllifi olduğu sənət nümunələri yer alır. Bunlar şüşə, yun, metal, bioplastik, tənzif, lif, talaş və s. kimi materiallardan, müxtəlif tullantılardan hazırlanmış bir-birindən fərqli əsərlərdir. 
Sərginin açılış mərasimində əsərlərin nümayişi ilə yanaşı, Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxunan, Əməkdar rəssam Taryer Bəşirovun COP29-a həsr etdiyi “Yaşıl dünya” xalçasının qədim ənənələrə uyğun hanadan kəsimi mərasimi baş tutub. Eyni zamanda, Birləşmiş Ərəb Əmirliklərinin Qadınlar Birliyi üzvlərinin ənənəvi toxuculuq üzrə ustad dərsi keçiriblər.
Tədbirdə 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin üzvləri tərəfindən rəqs ifa olunub.
Müasir sənətkarların qədim ənənələrimizə əsaslanaraq yeni üslubda və texnikada yaratdıqları əsərlər vasitəsilə tamaşaçıların diqqətini iqlim dəyişmələrinə qarşı mübarizəyə, ekoloji problemlərin həllinə, ətraf mühitin mühafizəsinə yönəltmək məqsədilə keçirilən sərgi noyabrın 30-dək davam edəcək.
Sərgiyə biletləri itiket.az saytınıdan əldə edə bilərsiniz. 
 https://iticket.az/events/exhibitions/an-international-exhibition-climates-and-carpets1
 
 
В Азербайджанском национальном музее ковра открылась международная выставка «Климат и ковры»
 

15 ноября в Азербайджанском национальном музее ковра состоялось открытие международной выставки «Климат и ковры». Выставка, посвященная 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP 29), организована Министерством культуры Азербайджанской Республики и Азербайджанским национальным музеем ковра. Директор Азербайджанского национального музея ковра Амина Меликова, заместитель Генерального директора Отделения ООН в Женеве Татьяны Воловой Лидия Григорьева, Чрезвычайный и полномочный посол Мексики в Азербайджане госпожа Мария Виктория Ромеро Кабальеро, Специальный представитель Президента РФ по связям с международными организациями, владелец группы компаний «Абрау-Дюрсо Азербайджан» Борис Титов, куратор профессора университета North Park Нненны Окоре и основатель галереи «365 ART» Ольга Даниэле выступили на церемонии открытия выставки и подчеркнули важность проведения выставки.
На выставке «Климат и ковры» представлены произведения известных художников из Азербайджана, США, Объединенных Арабских Эмиратов, Мексики и России, вдохновленных азербайджанским ковровым искусством и его традиционными узорами. Посетители впервые увидели работы известной российской актрисы, режиссёра, художнцы, певицы и телеведущей Натальи Бочкарёвой, профессора Университета Норт-Парк Нненны Окоре (Чикаго), мексиканского художника Педро Сезара Перальты, художника, основателя Центра современного искусства YARAT и бренда CHELEBI Аиды Махмудовой, Заслуженных художников Азербайджана Тарьера Баширова и Фаига Ахмеда, Заслуженного работника культуры Эльмиры Аббаслы, художников Мамеда Рашидова, Милены Набиевой, Махара Магеррамова, Тараны Алиевой и учеников школы-интерната интеграционного обучения №11 поселка Бильгя. Все эти работы изготовлены из стекла, шерсти, металла, биопластика, марли, волокна, опилок, отходов и т.д.
В рамках мероприятия состоялась церемония срезания со станка ковра Заслуженного художника Тарьера Баширова «Зеленый мир», посвященного COP29 и сотканного в Отделе традиционных технологий Азербайджанского национального музея ковра. Члены Ассоциации женщин Объединенных Арабских Эмиратов провели мастер-класс по вязанию. 
Мероприятие также включало танец в исполнении Центра развития детей и молодежи №3.
Выставка, призванная привлечь внимание зрителей к важности борьбы с климатическими изменениями, здоровому образу жизни, решению экологических проблем и защите окружающей среды посредством работ современных художников, основанных на древних традициях нашего народа, продлится до 30 ноября.
 
Билеты на выставку можно приобрести на сайте iticket.az
https://iticket.az/events/exhibitions/an-international-exhibition-climates-and-carpets1
 
 
An International Exhibition Climates and Carpets is now open at the Azerbaijan National Carpet Museum


On November 15th, the Azerbaijan National Carpet Museum hosted opening ceremony of an  international exhibition Climates and Carpets, dedicated to the 29th session of the Conference of the Parties to the United Nations Framework Convention on Climate Change (COP29). The exhibition is organised by the Ministry of Culture of the Republic of Azerbaijan and the Azerbaijan National Carpet Museum. Amina Melikova, Director of the Azerbaijan National Carpet Museum, Lidiya Grigoryeva, Deputy Director-General of the UN Office at Geneva, Tatyana Valovaya, Maria Victoria Romero Caballero, Extraordinary and Plenipotentiary Ambassador of Mexico to the Republic of Azerbaijan, Boris Titov, Commissioner for Entrepreneurs' Rights to the President of the Russian Federation, owner of the “Abrau-Durso” Azerbaijan Group of Companies and Olga Daniele, curator of Professor of the North Park University Nnenna Okore, founder  of “365 Art Gallery” delivered speeches at the opening ceremony and underlined the significance of the event.
The exhibition showcases works created by renowned artists from Azerbaijan, the USA, the United Arab Emirates, Mexico and Russia, inspired by the Azerbaijani art of carpet weaving, a craft of universal value and its traditional patterns. For the first time, the exhibition features works by a famous Russian actress, director, artist, singer and TV presenter Natalya Bochkareva; Dr. Nnenna Okore (Chicago), a professor at North Park University; Mexican artist Pedro Cesar Peralta; artist, founder of the YARAT Contemporary Art Space and CHELEBI brand Aida Mahmudova; Honoured Artists Taryer Bashirov and Faig Ahmed; Honoured Worker of Culture Elmira Abbasly; artists Mammad Rashidov, Milena Nabiyeva, Mahar Maharramov, Tarana Aliyeva and students of Integration Training Boarding School #11 of Bilgah settlement take part in this international project. These diverse art pieces are made from various recycled materials such as glass, wool, metal, bioplastics, cheesecloth, fibers, sawdust, etc.
The opening ceremony also featured cutting of the loom a carpet by Honoured Artist Taryer Bashirov Green World, dedicated to COP29 and woven in the Traditional Technology Department of the Azerbaijan National Carpet Museum. Furthermore, members of the Women’s Union of the United Arab Emirates conducted masterclasses on weaving.  
The event also included a dance by the members of the Development Centre for Kids and Youth #3.
The exhibition aimed to draw attention to the importance of combating climate change and promoting a healthy lifestyle through artworks, created in new techniques by contemporary artists, based on ancient traditions, while calling for solutions to ecological problems and protection of the environment, will be on until November 30. 
Tickets are available on iticket.az 
https://iticket.az/events/exhibitions/an-international-exhibition-climates-and-carpets1
 
Xebertime.az 
Müxbir: Aygün Oqtay
 
 
 
 
 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ