XeberTıme.az Sumqayıt Bülbül adına UİM-nin rəsmi səhifəsinə istinadən xəbər verir ki, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbin rəssamlıq şöbəsində təhsil alan Şəvval Nəsibli, Gözəl Məmmədli, Aylin Şükürlü və Dərya Əyyubova noyabrın 18-də Heydər Əliyev Mərkəzində keçirilən “Yer kürəsi uşaqların gözü ilə” adlı beynəlxalq fotomüsabiqədə iştirak edib mükafatlar qazanıblar.Tədbirdə Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər.
Layihə IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin, COP29 Azərbaycan Əməliyyat Şirkətinin dəstəyi və “Reza Visual Academy” assosiasiyasının təsisçisi, tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə həyata keçirilib.
Şagirdləri müsabiqəyə müəllimləri Səbinə Həsənzadə hazırlayıb.
XeberTıme.az