SON DƏQİQƏ

Milli Konservatoriyaya yeni rektor təyin edildi

Tarix:27-11-2024, 23:11

Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin olunub.


XeberTıme.az xəbər verir ki, bu vəzifəyə Kamilə Hüseyn qızı Dadaş-zadə təyinat alıb.

Qeyd edək ki, Kamilə Dadaş-zadə bu təyinatadək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqi tarixi və nəzəriyyəsi kafedrasının müdiridir.

K.Dadaş-zadə sənətşünaslıq üzrə fəlsəfə doktoru, professordur.
O, 2011-ci ildən kafedraya rəhbərlik edir.

K.Dadaş-zadə Konservatoriyanı bitirdikdən sonra uzun müddət Aşıqlar Birliyində çalışıb.

2000-ci ildə “Azərbaycan aşıqlarının dastan havalarında semiotik prinsiplərinin təhlilinə dair” mövzusunda dissertasiya müdafiə edib. 40-a yaxın elmi məqalənin, monoqrafiyanın müəllifidir.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür.

2013-cü ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb. 

XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ