SON DƏQİQƏ

Azərbaycan Milli Konservatoriyasında yeni rektorun təqdimetmə mərasimi keçirilib-FOTO

Tarix:30-11-2024, 01:36

Azərbaycan Milli Konservatoriyasının Böyük Zalında, 2024-cü ilin 28 noyabr tarixində yeni rektorun təqdimetmə mərasimi keçirilib.


Mərasimdə Azərbaycan Milli Konservatoriyasının idarə heyəti, kafedra müdirləri, müəllim və professorlar iştirak ediblər. Tədbiri açan Azərbaycan Respublikasının Elm və Təhsil nazirinin müavini Firudin Qurbanov əvvəlcə ölkə başçısı İlham Əliyevin Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti, professor, şərəf və şöhrət ordenli, prezidentin fərdi təqaüdçüsü Siyavuş Kəriminin rektor vəzifəsindən azad edilməsi barədə sərəncamını səsləndirdi. Daha sonra, Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, sənətşünaslıq üzrə fəlsəfə doktoru ,professor Kamilə Dadaşzadənin Azərbaycan Milli Konservatoriyasının rektoru təyin edilməsi barədə sərəncamı təqdim etdi. Firudin Qurbanov öz çıxışında Azərbaycan Milli Konservatoriyasının yaranmasından indiyədək onun rektoru olmuş xalq artisti Siyavuş Kəriminin fəaliyyəti və mədəniyyət sahəsinə verdiyi töhfələr barədə məlumat verdi. O, AMK-nın tədrisində çalışan sənətkarları da vurğuladı və Siyavuş Kərimiyə mədəniyyət sahəsində göstərdiyi xidmətlərə görə təşəkkür etdi. Eyni zamanda, Firudin Qurbanov professor Kamilə Dadaşzadənin  elmi və pedaqoji fəaliyyəti barədə məlumat verdi. Çıxışından sonra Firudin Qurbanov Siyavuş Kərimi və Kamilə Dadaşzadəyə söz verdi. Xalq artisti Siyavuş Kərimi çıxışında Ulu Öndər Heydər Əliyevin ona etimadı, AMK-nın yaranması, Azərbaycan Milli Konservatoriyasının onun ən gözəl əsəri hesab etdiyini vurğuladı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadə öz çıxışında, xalq artisti Siyavuş Kərimiyə xitab edərək, Azərbaycan Milli Konservatoriyasının həm elmi cəhətdən, həm də ölkəmizin təbliğatında böyük rolundan bəhs etdi, AMK-nın milli ənənəsini qoruyub saxlayacağına söz verdi. Təqdimatın sonunda Siyavuş Kərimi Kamilə Dadaşzadəyə uğurlar arzulayaraq, ona yeni nailiyyətlər dilədi. 



XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ