SON DƏQİQƏ

Azərbaycan Milli Xalça Muzeyində “Resurslar və mədəniyyət. Arxeologiyadan yeni texnologiyaya” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib-FOTOLAR

Tarix:7-12-2024, 19:21

Azərbaycan Milli Xalça Muzeyində “Resurslar və mədəniyyət. Arxeologiyadan yeni texnologiyaya” adlı beynəlxalq elmi-praktiki konfrans keçirilib.
Dekabrın 3-də Azərbaycan Milli Xalça Muzeyində “Resurslar və mədəniyyət. Arxeologiyadan yeni texnologiyaya” adlı beynəlxalq elmi-praktiki konfrans öz işinə başlayıb. Tədbiri Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova açaraq qonaqlara muzeyin tarixi və fəaliyyəti barədə məlumat verib. Ümumrusiya Dekorativ Sənəti Muzeyinin direktoru Yelena Titova çıxış edərək konfransın əhəmiyyətini vurğulayıb, üç gün ərzində maraqlı məruzələrin təqdim olunacağını, faydalı fikir və təcrübə mübadiləsinin aparılacağını diqqətə çatdırıb. Sonra hər iki muzeyin direktorları bir-birinə xatirə hədiyyəsi bağışlayıblar.
Konfrans “MDB məkanında muzeylərarası əməkdaşlıq” mövzusunda akademik sessiya ilə işini davam etdirib. Burada “Birlik irsi. Gələcək üçün ənənələr” planşet sərgisi təqdim olunub.
Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistandan muzey direktorları və mütəxəssislərinin qatıldığı beynəlxalq tədbir dekabrın 5-dək davam edəcək.  Akademik sessiyalarda “Muzey və insanlar”, “Muzey və informasiya resursları”, “Təbiət və ənənələr ilham mənbəyi kimi”, “Avrasiya mədəniyyətlərinin ən qədim əsasları: arxetiplər, simvolizm, arxeoloji artefaktlar”, “MDB xalqlarının dekorativ sənəti”, “Müasir muzeyin ənənələrin qorunmasında rolu” kimi mövzularda məruzələr dinləniləcək. 
Konfrans çərçivəsində mədəni proqram təşkil olunacaq. 
Qeyd edək ki, “Birlik irsi. Gələcək üçün ənənələr” çoxillik kompleks proqramı çərçivəsində keçirilən konfrans Ümumrusiya Dekorativ Sənəti Muzeyi və Azərbaycan Milli Xalça Muzeyinin birgə təşkilatçılığı, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə baş tutub.


В Азербайджанском национальном музее ковра приступила к работе международная научно-практическая конференция «Ресурсы и культура. От археологии до новой технологии»

3 декабря в Азербайджанском национальном музее ковра приступила к работе международная научно-практическая конференция «Ресурсы и культура. От археологии до новой технологии». Директор Азербайджанского национального музея ковра Амина Меликова открыла конференцию приветственной речью, в которой рассказала гостям об истории и деятельности музея. Директор Всероссийского музея декоративного искусства Елена Титова выступила с речью, подчеркнув важность конференции. Она отметила, что на трехдневной конференции будут представлены интересные доклады, состоится обмен мнениями и опытом. Позже, директора обменялись памятными подарками.
Конференция продолжилась академической сессией на тему «Межмузейное взаимодействие на пространстве СНГ». Также, была представлена планшетная выставка «Наследие содружества. Традиции для будущего».
Международное мероприятие с участием директоров музеев и специалистов из Азербайджана, Беларуси, России, Казахстана, Кыргызстана, Узбекистана и Таджикистана продлится до 5 декабря. На академических сессиях будут заслушаны доклады на следующие темы: «Музей и люди», «Музей и информационные ресурсы», «Природа и обычаи как источник вдохновения», «Древнейшие фундаменты евразийских культур: архетипы, символика, археологические артефакты», «Декоративное искусство народов СНГ. Переплетения», «Роль современного музея в сохранении традиций».
В рамках конференции будет организована культурная программа.
Международная конференция «Ресурсы и культура. От археологии до новой технологии», организована Всероссийским музеем декоративного искусства в рамках многолетней комплексной программы «Наследие Содружества. Традиции для будущего» совместно с Азербайджанским национальным музеем ковра при поддержке Министерства культуры Азербайджанской Республики и Межгосударственного фонда гуманитарного сотрудничества государств-участников СНГ. 

Resources and Culture. From Archaeology to New Technology International Scientific and Practical Conference is now on at the Azerbaijan National Carpet Museum

On December 3d, Resources and Culture. From Archaeology to New Technology international scientific and practical conference started at the Azerbaijan National Carpet Museum. In her opening speech, Amina Melikova, director of the Azerbaijan National Carpet Museum told guests about the history and activities of the museum. Yelena Titova, director of the All-Russian Museum of Decorative, Applied and Folk Art delivered a speech, she underlined significance of the three-day conference where interesting reports will be heard. Later, the directors exchanged memorable gifts.
The conference continued with academic session on the topic Inter-Museum cooperation in the CIS. The mobile exhibition Heritage of the CIS. Traditions for the Future is also presented at the event, which features museum directors and experts from Azerbaijan, Belarus, Russia, Kazakhstan, Kyrgyzstan, Uzbekistan and Tajikistan. The academic sessions will include the following reports: Museum and People; Museum and Information Resources; Nature and Traditions as Inspiration Source; The Most Ancient Foundations of the Eurasian Cultures: Archetypes, Symbolism, Archaeology Artefacts; Decorative Art of the CIS Peoples; Role of Modern Museums in Preservation of Traditions.
The conference held within the framework of the multi-year comprehensive program Heritage of the CIS. Traditions for the Future is jointly organised by the All-Russian Museum of Decorative, Applied and Folk Art and the Azerbaijan National Carpet Museum and supported by the Ministry of Culture of the Republic of Azerbaijan and the Intergovernmental Foundation for Educational, Scientific and Cultural Cooperation of CIS.
Resources and Culture. From Archaeology to New Technology International Scientific and Practical Conference will be on until December 5th 




Xebertime.az 
Müxbir: Aygün Oqtay

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ