Azərbaycan Milli Xalça Muzeyində “Dualı Sultan köynəkləri” sərgisi açılıb
Dekabrın 6-da Azərbaycan Milli Xalça Muzeyində “Dualı Sultan köynəkləri” sərgisi açılıb.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə keçirilən sərgidə Osmanlı sultanlarının geyindikləri dualı köynəklər əsasında hazırlanan əsərlər nümayiş olunur. Burada xəttat, elmlər doktoru Mehmet Vanlıoğlu, işıq üzrə rəssam Ayşe Vanlıoğlu və onların birgə çalışdığı 16 nəfərdən ibarət komanda tərəfindən yaradılan, Osmanlı dövrünün tarixi koloritini əks etdirən 23 nümunə yer alır.
Osmanlı sultanları dualı köynəkləri müharibələrdə qələbə qazanmaq, bədnəzərdən qorunmaq, şəfa tapmaq və mənəvi güc almaq üçün geyinirdilər. Həmin köynəklər süls, kufi, celi, ruqə xətləri ilə işlənmiş ayə və dualarla, həmçinin “Qədəm-i Şərif”, “Süleyman möhürü”, “Zülfüqar qılıncı” kimi xüsusi məna daşıyan motivlərlə bəzədilirdi. Onlar təkcə sultanlar, şahzadələr üçün deyil, həm də uşaqlar və digər şəxslər üçün nəzərdə tutulur, sahibinin ilahi tərəfindən qorunduğuna zəmanət kimi qəbul edilirdi. Üzərində Məhəmməd peyğəmbərə ithaf edilmiş qəsidələrin, “Ayətül-kürsi” və “Müavvizəteyn” kimi müqəddəs mətnlərin yer aldığı köynəklər Osmanlı imperiyası dövründən bu günə qədər gəlib çatıb. Hazırda bu köynəklər mədəni irsin bir hissəsi olmaqla yanaşı, mühüm arxiv sənədləri, həmçinin yeni yaradılmış kolleksiyanın istinad mənbəyidir.
Kuratorları Ayşe Vanlıoğlu və Dr. Mehmet Vanlıoğlunun olan sərgi dekabrın 20-dək davam edəcək.
В музее ковра открылась выставка «Рубашки-обереги султанов»
6 декабря в Азербайджанском национальном музее ковра состоялось открытие выставки «Рубашки-обереги султанов». На выставке, организованной Министерством культуры Азербайджанской Республики, Бакинским институтом Юнуса Эмре и Азербайджанским национальным музеем ковра, представлены реплики 23 рубашек-оберегов, выполненные на основе оригиналов, которые носили османские султаны. Созданные, командой под руководством каллиграфа, доктора наук Мехмета Ванлыоглу и художника по свету Айше Ванлыоглу, эти работы отражают исторический колорит Османского периода.
Османские султаны носили рубашки-обереги, предназначенные для защиты владельца в бою, с целью исцеления от недугов и обретения духовной силы. На них наносили аяты из Корана, стихи и молитвы каллиграфической вязью. Рубашки с посвященными Пророку Мухаммеду касыдами и священными текстами сохранились со времен Османской империи до наших дней. В настоящее время эти рубашки являются частью культурного наследия, важными архивными документами, а также справочным источником представленной коллекции.
Выставка продлится до 20 декабря.
The Azerbaijan National Carpet Museum hosts Sultan’s Prayer Shirts exhibition
On December 6, the exhibition Sultan’s Prayer Shirts opened at the Azerbaijan National Carpet Museum. The exhibition, organised by the Ministry of Culture of the Republic of Azerbaijan, Baku Yunus Emre Institute and the Azerbaijan National Carpet Museum features works based on prayer shirts worn by Ottoman sultans. The exhibition displays 23 works reflecting the historical pecularities of the Ottoman period, created by calligrapher and PhD Mehmet Vanlioglu, light artist Ayshe Vanlioglu and their team of 16 people.
Ottoman sultans wore prayer shirts to achieve victory in wars, protect themselves from the evil, as well as for healing and spiritual strength. These shirts were decorated with ayahs and prayers embroidered with thuluth, kufic, jeli, ruq`ah scripts, as well as with motifs bearing special meaning, such as Gadam-I-Sharif, seal of Suleiman, sword of Zulfiqar. They were intended not only for sultans, princes, but also for children and other persons, they were perceived as a guarantee that their owner was protected by the divine.
Shirts with qasidas dedicated to the prophet Muhammad, sacred texts such as Ayatul Kursi and Muavvizeteyn have survived from the time of the Ottoman Empire to this day. Today, these shirts are part of the cultural heritage, as well as important archive documents, as well as a reference source for the newly created collection.
The exhibition curated by Ayshee Vanlioglu and Dr. Mehmet Vanlioglu will run until December 20.
Xebertime.az
Müxbir: Aygün Oqtay