SON DƏQİQƏ

“Təbiəti qoruyaq, dünyamızı yaşadaq” respublika rəsm müsabiqəsinin qalibləri müəyyənləşdirilib- FOTOLAR

Tarix:11-12-2024, 01:39

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evi publik hüquqi şəxsin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri  arasında “Təbiəti qoruyaq, dünyamızı yaşadaq”  respublika  rəsm müsabiqəsinin qalibləri müəyyənləşdirilib.
Müsabiqə  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli sərəncamına əsasən iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasında 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsilə bağlı rəssamlıq istedadı olan  uşaq və gənclərin öz düşüncələrini təsvir müstəvisində əks etdirmək bacarıqlarını inkişaf etdirmək, ətraf mühitin qorunmasına, iqlim dəyişikliyinin qarşısının alınmasına  diqqət çəkmək, təbiətə, ətraf mühitə məhəbbət və rəğbət hissi yaratmaq, onun mühafizəsində durmağın vacibliyini çatdırmaq, doğma yurdumuz Azərbaycanın misilsiz gözəlliklər diyarı, zəngin təbiət muzeyi olduğunu təbliğ etmək, ətraf mühitin saflaşdırılmasında, mühafizəsində meşələrin, yaşıllıqların rolunun ölçüyə gəlməz dərəcədə böyüklüyünü vurğulamaq məqsədilə keçirilib. 

Eyni zamanda müsabiqə rəssamlıq qabiliyyətinə malik olan uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərini, estetik zövqünü inkişaf etdirmək və yeni istedadları üzə çıxarmaq məqsədi daşıyıb.
“Yaşıl dünya naminə həmrəylik ili” nə həsr olunan və iki yaş qrupu üzrə keçirilən müsabiqənin  ikinçi mərhələsində 308  şagird və dərnək üzvü iştirak edib. 
Təqdim olunan rəsm əsərləri münsiflər heyəti tanınmış Qalereyanın direktoru Elnurə İsgəndərova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi  Zinaida  Mirzəzadə,  A Medianın sədri, rəssam Aygün Əzizova, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin “Rəsm” dərnəyinin dərnək rəhbərləri Sevda İsayeva və Aysel Abbasova  tərəfindən müəyyənləşdirilib.






Xebertime.az 
Müxbir: Aygün Oqtay

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ