SON DƏQİQƏ

“Dövlətin memarı. Bir ömrün ensiklopediyası” triptix-xalça Azərbaycan Milli Xalça Muzeyində sərgilənir- FOTOLAR

Tarix:13-12-2024, 08:58

“Dövlətin memarı. Bir ömrün ensiklopediyası” triptix-xalça Azərbaycan Milli Xalça Muzeyində sərgilənir.
Dekabrın 11-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı unikal xalçanın Azərbaycan Milli Xalça Muzeyində növbəti təqdimatı keçirilib.
Xalça İqtisadiyyat Nazirliyi ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin ortaq layihəsi olsa da, ideyasına görə görkəmli sənət əsəridir. Belə iri həcmli, böyük istedad, fantaziya və zəhmət bahasına ərsəyə gələn gözəl əsər tam layiq olduğu məkanda təqdim edilib.       

Təqdimatdan öncə toplaşanlara Ulu Öndər Heydər Əliyevin Xalça Muzeyinə ziyarətlərindən, onun milli xalça sənətinə diqqət və qayğısından bəhs edən videoçarx nümayiş olunub.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova qonaqları salamlayaraq belə gözəl və unikal sənət əsərinin muzeydə sərgilənməsini təqdirəlayiq hal kimi qiymətləndirib.
Mədəniyyət naziri Adil Kərimli çıxış edərək Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” triptix-xalçanı qədim xalça sənətinin ən yaxşı ənənələrinin davamı kimi dəyərləndirib: “Bu triptix-xalça, əslində, Ulu Öndərin həyatının, amalının xalça dilində kodlaşdırılmış hekayəsidir. Bu əsər yeni olsa da, qədim milli mədəni irsin daşıyıcısıdır”.
Sonra Azərxalça ASC İdarə Heyətinin sədri, ensiklopedik xatirə xalça kompozisiyasının müəllifləri – Əməkdar incəsənət xadimi Emin Məmmədov və Əməkdar rəssam Rəşad Ələkbərov xalça üzərində necə çalışdıqları barədə geniş məlumat veriblər. Xalq rəssamı, akademik Ömər Eldarov isə xalça sənətinin əcdadlarımızın çadır, alaçıq, yurta məskənləri ilə yaşıd olduğu barədə maraqlı fikirlər söyləyib.
Çıxşlar başa çatdıqdan sonra Əməkdar artist Ramil Qasımov pianoçu Zülfiyyə Sadıqovanın müşayiəti ilə Ulu Öndərin çox sevdiyi nəğmələrdən ikisini - Cahangir Cahangirovun “Alagöz” mahnısını və “Küçələrə su səpmişəm” xalq mahnısını ifa edib.
Sonra qonaqlar “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” xalçası ilə tanış olublar.                                                                     


В Азербайджанском национальном музее ковра открылась выставка ковра-триптиха «Архитектор государства. Энциклопедия одной жизни»
 
11 декабря в Азербайджанском национальном музее ковра состоялась презентация уникального ковра «Архитектор государства. Энциклопедия одной жизни», посвященного 100-летнему юбилею общенационального лидера Гейдара Алиева.
Ковер является совместным проектом Министерства экономики и ОАО “Азерхалча”. Идея и уникальное художественное решение превратили этот ковер в выдающееся произведение искусства. Монументальный ковер-триптих, явившийся результатом выдающегося таланта, фантазии и труда в очередной раз экспонируется в достойном месте.
До начала презентации гости посмотрели видеоролик, демонстрирующий посещение музея общенациональным лидером Гейдаром Алиевым, его внимание и заботу о национальном ковровом искусстве.
Директор музея Амина Меликова поприветствовала в своей речи гостей и выразила радость по поводу выставки в музее этого уникального произведения искусства.
Министр культуры Адиль Керимов назвал ковер продолжением лучших традиций древнего национального коврового искусства. «Данный ковер-триптих является повествованием о жизни и мечте Гейдара Алиева, переданным на «языке ковра». Это новое произведение является носителем древнего культурного наследия», – сказал министр.
Авторы энциклопедической памятной ковровой композиции – Заслуженный деятель искусств, председатель правления ОАО “Азерхалча” Эмин Мамедов и Заслуженный художник Рашад Алекперов подробно рассказали о работе над ковром. Народный художник, академик Омар Эльдаров поделился интересными мыслями о связи между ковровым искусством и палатками и юртами, являющимися ровесниками.
Вслед за выступлениями, Заслуженный артист Рамиль Гасымов в сопровождении пианистки Зульфии Садыговой исполнил две самые любимые народные песни Гейдара Алиева.     

Затем, гости ознакомились с ковром «Архитектор государства. Энциклопедия одной жизни».
 
The Triptych Carpet Architect of the State. Encyclopedia of One Life is on Display at the Azerbaijan National Carpet Museum
 
On December 11, the Azerbaijan National Carpet Museum held the presentation of the unique carpet Architect of the State. Encyclopedia of One Life, dedicated to the 100th anniversary of National Leader Heydar Aliyev.
The carpet is a result of a joint project of the Ministry of Economy and Azerkhalcha OJSC and is an outstanding artwork in virtue of its idea and artistic decision. This monumental artwork, created as a result of great talent, fantasy and effort is now presented once again at a decent place.
Prior to the main part of the ceremony the guests watched a video about Heydar Aliyev visiting the museum and his attention and care for the national carpet art.
Amina Melikova, the director of the museum, greeted the guests and described the presentation of this beautiful and unique artwork as an outstanding event for the museum.
Adil Karimli, Minister of Culture, characterised this carpet as the continuation of the finest traditions of the ancient national carpet art: “In fact, this triptych carpet is a narrative of life and dream of the Great Leader, encoded into carpet language. This is a new artwork, but, at the same time, it is a bearer of an ancient cultural heritage”.                                   

The authors of the encyclopedic memorial carpet composition, Honoured Art Worker, Chairman of the Board of Azerkhalcha OJSC Emin Mammadov and Honoured Artist Rashad Alakbarov spoke in detail about the creation of the carpet. People’s Artist and Academician Omar Eldarov told interesting facts about the relation between carpet art and tents and yurts, which are the same age.
After the speeches, Honoured Artist Ramil Gasimov accompanied by the pianist Zulfiyya Sadigova performed Heydar Aliyev’s two most favourite folk songs.
Finally, the Architect of the State. Encyclopedia of One Life carpet was introduced to the guests.



 
Xebertime.az 
Müxbir: Aygün Oqtay

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ