SON DƏQİQƏ

“Narkomanya zamanəmizin bəlasıdır” adlı seminar keçirilib-FOTOLAR

Tarix:21-12-2024, 00:47

Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət məktəbində mütamadə olaraq “Narkomaniya və narkotik maddələrə qarşı mübarizə” çərçivəsində bir sıra tədbirlər keçirilir.  
Bu dəfədə məktəbin şagirdlərinə “Narkomanya zamanəmizin bəlasıdır” adlı seminar keçirilib. Məktəbin rəssamlıq şöbəsinin sərgilədiyi “Əsrin bəlası narkomanya” adlı sərginin qarşısında keçirilən seminarda məktəbin müəllimləri Hüseynova Yeganə və İsmayılova Lalə şagirdlərə rəsm əsərlərində göstərilən müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biri olan narkomanyanın zərərlərindən, onun yaratdlğı fəsadlardan söhbət açıblar. 


Narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Yeniyetmələrin və gənclərin pis vərdişlərdən uzaq olması və sağlam həyat tərzi sürməsi vacibdir. Bunun üçün narkomaniyaya qarşı mübarizədə hər bir Azərbaycan vətəndaşı mübarizə aparmalıdır.  



Yeganə Telmanqızı                                   
XeberTıme.az 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ