Tədbir Azərbaycan Respublikasının Dövlət himnini səsləndirməklə, Vətən uğrunda canından keçən şəhidlərimizin və 26 dekabr 2024 tarixində təyyarə qəzasında dünyasini dəyişən vətəndaşlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başladı . Tədbiri giriş sözü ilə açan ARDA- nın nəzdində olan ADİK - nin , ADPU-NUN nəzdində olan ADPk- nin müəllimi ,RM Art Studionun rəhbəri Rəsmiyyə Mahmudova tədbirə gələn fəxri qonaqlar Elmlər Doktoru, Professor Vidadi Orucovu , Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərovanı ,AzTv kanalının əməkdaşı İntizar İsmayılı , Xəbər Tayms Az saytının rəhbəri Yeganə Telmanqızı və tələbələri salamlayıb Dünya Azərbaycanlılarıının Həmrəylik Günü münasibətilə təbrik etdi .Sözü qonaqlara verdi onlar da öz çıxışlarında gənc nəslin uğurlu yetişməsi üçün mədəni tədbirlərin önəmindən danışıb Rəsmiyyə xanıma və tələbələrinə uğurlar arzuladılar .Tədbirdə Vətənpərvər Müğənni Fərhad Xələfin ifasında "Turan" mahnısı , Xarıbülbül Rəqs Qurupunun müəllimi Amil Əhmədovun tələbəsi Zəhra Dadaşzadənin "Azərbaycan "və"Xarı bülbül "rəqsi ilə çıxışı alqışlarla qarşılanıb.Sonda qonaqlara və tələbələrə diplom və xatirə hədiyyələri təqdim olundu. XeberTıme.az tədbirdə çəkilən fotoları sizə təqdim edir.
XeberTıme.az