Müəllim sənəti şərəfli, şərəfli olduğu qədərdə çətin peşədir. Kifayət qədər bu günün və sabahın müəllimlərini və Azərbaycan musiqi, mədəniyyətini dünyada tanıdan musiqiçiləri yetişdirən Sevda Paşa qızı Pirəliyeva 15 yanvar 1960-cı ildə Sumqayıt şəhərində müəllim ailəsində günyaya gəlmişdir. Onun atası Paşa müəllim Respublikada tanınan müəllimlərdən idi. O ilk təhsilini 1967-1975-ci illərdə Sumqayıt şəhər 3 saylı tam orta məktəbdə (indiki Sumqayıt şəhər Mətləb Quliyev adına məktəb) almışdır. 1975-1979-cı illərdə Sumqayıt şəhər S.Hacıbəyov adına orta ixtisas musiqi teknikomunun nəzəriyyə şöbəsində təhsil alıb. Təhsil illərindən yəni 1978-ci ildən bu günə qədər Sumqayıt şəhər Bülbül adına Uşaq İncəsənət məktəbində nəzəriyyə şöbəsinin solfecio və musiqi ədəbiyyatı müəlliməsidir. 1978-1994-ci illərdə nəzəriyyə şöbəsinin müdiri, 1994-1997-ci illərdə dərs hissə müdiri vəzifələrində çalışmışdır. Yetişdirdiyi şagirdlər hal-hazırda ölkəmizin müxtəlif musiqi ocaqlarında müəllim kimi, musiqiçi kimi və müxtəlif sahələrdə fəaliyyət göstərir. Çalışdığı Uşaq İncəsənət məktəbində dərs dediyi bir sıra şagirdlər onunla çiyin-çiyinə çalışırlar. 10 il Sumqayıt şəhər S,Hacıbəyov adına orta ixtisas musiqi teknikomunda nəzəriyyə müəlliməsi kimi çalışıb. 1981-ci ildən ailəlidir 3 övladı Məryəm, Samirə, Ramin, 6 nəvəsi var. Məktəbin direktoru Samir İsmayılov başda olmaqla bütün müəllim kollektivi adından həmçinin “XeberTıme.az” İnformasiya Portalı adından sizə can sağlığı, uzun ömür, işlərinizdə, ailənizdə uğurlar arzulayırıq.
Xatırladaq ki, bu gün Sevda müəllimənin 65 yaşı tamam olur və bu gündən əmək təqaüdünə çıxır. Bizim soğmamız, əzizimiz Ad gününüz mübarək olsun.
80-100 yaşınızı vərəqlədikcə bizlərlə olasınız.


Yeganə Telmanqızı
XeberTıme.az