XeberTıme.az Sumqayıt Bülbül adına UİM-nin rəsmi səhifəsinə istinadən xəbər verir ki, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinə tabeli Sumqayıt şəhər Bülbül adına 2 nömrəli Uşaq İncəsənət Məktəbində 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla anıldı. Tədbir iştirakçıları əvvəlcə şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edərək, onların xatirəsini dərin hörmətlə andılar.Daha sonra məktəbin şagirdləri 20 Yanvar hadisələrinə həsr olunmuş şeirlər söylədilər. Tədbirdə məktəbin tar müəllimi Habil Əliyev şagirdlərin ifasını tarda müşayət edərək, ruh yüksəkliyi yaratdı. Məktəbin nəzəriyyə müəllimi Yeganə Hüseynova isə “Qanlı Yanvar” hadisələri və şəhidlərin qəhrəmanlığından geniş şəkildə danışdı.
XeberTıme.az