SON DƏQİQƏ

"Əbədiyaşarlar" adlı sərgi keçirilib- FOTOLAR+VİDEO

Tarix:19-01-2025, 23:36

Yanvarın 19-da  Beynəlxalq Qalereyada YAP Yasamal Rayon Təşkilatı ilə birgə 20 Yanvar faciəsinə həsr olunmuş layihə rəhbəri Aygün Əzizovanın olduğu "Əbədiyaşarlar" adlı  sərgi  keçirildi. 
Sərgidə məşhur fotoqraf  Reza Deqati ,Türkiyədən məşhur rəssamlar İlhan İşbaşı ,Hatice Uşaqlıoğlunun əsərləri sərgilənirdi. Eyni zamanda  ADPU - nun müəllimləri  Səmayə Rzayeva, Səyyar Əliyev, İdrak Novruzov, Afər Fəttahova, Elçin Mayılov, Sevinc Hacıyeva, Ofeliya Sarıyeva, Naibə Vəliyeva, Fialeta Babayeva, Samirə Əliyeva, Leyli Səmədova,  Səmayyə Nəzərova, ADRA -nın müəllimi Zinaida Mirzəzadə və istedadlı rəssam Səadət Nərmin Hacıyeva , yeniyetmə rəssam Günal Məcidsoy öz əsərləri ilə iştirak edirdilər. 
Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova tədbir iştirakçılarına həmin faciəli gün haqqında ətraflı məlumat verdi. 
20 Yanvar faciəsi   şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olundu.



 

Beynəlxalq Qalereyada 20 Yanvar faciəsinə həsr olunmuş sərginin video çarxını sayıtımız vasitəsi ilə sizə təqdim edirik: 




 
Müxbir : Aygün Oqtay 
Fotoqraf: Camal

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ