SON DƏQİQƏ

"Qış Mənzərələri" adlı sərgi Beynəlxalq Qalereyada- FOTO

Tarix:28-01-2025, 11:10

Beynəlxalq Qalereyada "World Art Club" və Niderlandda fəaliyyət göstərən "Serus Gallery"nin  tərəfdaşlığı ilə təşkil olunmuş "Qış Mənzərələri" adlı onlayn sərgidə ölkəmizi təmsil edən rəssamlar təltif olundular. 
Tədbiri giriş sözü ilə açan Beynəlxalq Qalereyanın direktoru Elnurə İsgəndərova iştirakçıları qazandıqları uğur münasibətilə təbrik edib, Beynəlxalq onlayn sərgilərin müxtəlif ölkələrdən olan rəssamlar üçün səmərəli əməkdaşlıq platforması olduğunu vurğulayıb. Virtual sərgidə Meksika , İtaliya, Makedoniya, Oman və Türkiyədən olan rəssamların iştirakının mühüm nailiyyət olduğunu diqqətə çatdırıb.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimləri Səmayə Rzayeva və Naibə Vəliyeva iştirakçıları sərginin mövzusuna uyğun keyfiyyətli əsərlər hazırlamaqları münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Çıxış edən rəssamlar Xəyyam Səmədov, Həyat Şirvanova, Gülzar Məmmədzadə, Fərəh Babayeva, Elmira Yahyayeva, Səadət Nərmin Hacıyeva, Əsli Abbasova, Ülkər Nağıyeva, Kifayət Nəzərova təşkilatçılara təşəkkürlərini bildirərək belə tədbirlərin rəssamların beynəlxalq təcrübə mübadiləsinə mühüm töhfə olduğunu bildiriblər. 
Tədbirdə iştirakçılara təltif olduqları sertifikat təqdim olunub. Sonda xatirə fotoları çəkilib və Beynəlxalq Qalereyanın  ənənəvi flaşmobu ifa olunub. 




Müxbir: Aygün Oqtay 
Fotoqraf: Ayaz

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

Qarabağ